Tarixi Azərbaycan

Bu bölmədəki materiallarda Tarixi Azərbaycan dövlətləri (Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (aliyevheritage.org) nəşri) Bakı, 2012 kitabından istifadə olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

Azərbaycan Səfəvilər dövləti

XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) ictimai-iqtisadi, siyasi, mədəni, ideoloji mərkəzi olmuşdur. Azərbaycan, İran, Cənubi Türkmənistan və müasir Əfqanıstan (Bəlx vilayəti istisna olmaqla),İraqi-Ərəb və s. ərazilər Səfəvilər dövlətinin sərhədləri daxilində idi.

Azərbaycan Respublikası

siyasi xerite

1991-ci il oktyabrın 18-də “Müstəqillik haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlandı.

Bakının gerbləri

_mnh7814

İnsan qədim dövrlərdən özünü, tayfasını və ya mənsub olduğu nəslini  fərqləndirmək üçün rəmz seçməyə adət edib. Bütün dünyada yayılan bu ənənənin müasir nümunəsi gerb, keçmiş forması isə totemdir. “Totem” termini Şimali Amerikada yaranıb və yerli hinduların dilində “ototem” – “onun nəsli” mənasını bildirir. Sahil boyunda məskunlaşan tayfalar balığa, tısbağaya, çöl adamları ilana, meşədə yaşayanlar isə ayıya, marala, canavara totem kimi baxıblar.

Azərbaycan Sovet Sosialist Respublikası

SSR 228 aprel 1920-ci ildə Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süquta uğramış Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu.  

Azərbaycan xanlıqları

xanliqlar

Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı dövlət qurumlarının-xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Onların bəziləri Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmışdı.