HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Bakıda 1918-ci il türk-müsəlman əhalisinin soyqırımı

XX əsrin əvvəllərində Azərbaycanda, ümumən Cənubi Qafqazda ictimai-siyasi və hərbi vəziyyətin mürəkkəbləşməsinin bir sıra səbəbləri vardı. Həmin səbəblərdən birincisi, çarizmin uzun əsrlər boyu qeyri-xristianlara qarşı dini və milli ayrı-seçkilik, xalqları bir-birinə qarşı qoymaqla öz imperialist siyasətini həyata keçirməsi, müsəlmanlara etibar edilməməsi, onların dövlət işlərinə və orduya yaxın buraxılmaması idi.

1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı

 1918-ci ildə türk-müsəlman əhalisinə qarşı törədilən cinayətləri üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra mümkün olmuşdur. Beləki, Milli hökumətin ən mühüm qərarlarından biri daşnak canilərinin  törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu.