HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Bukinist Mendel

«İki od arasında»… Və «yenə»…

yusif_vezir3
Yusif Vəzir Çəmənzəminli

Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanı böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunub  və  “Azərbaycan” jurnalının bu ilki sentyabr-oktyabr saylarında nəşr edilib. Roman ədəbiyyat çevrələrinin və zövqlü oxucuların diqqətini çəkib.

İndi sizə professor Nizami Cəfərovun əsər barədə ədəb-tənqidi qeydlərini təqdim edir və inanırıq ki, onun bu məqaləsi geniş oxucu dairəsi üçün diqqətələyiq izlər qoyacaq…

Taner Akçamın yeni kitabı – xeyirxah yardımın bəhrəsi

taner akcam

Taner Akçamın “Gənc Türklərin bəşəriyyətə qarşı cinayəti: Osmanlı Imperiyasında erməni soyqırımı və etnik təmizləmə” (The Young Turks crime against humanity: the Armenian genocide and ethnic cleansing in the Ottoman Empire) adlı kitabı 2012-ci ildə Prinston Universiteti tərəfindən inglis dilində nəşr olunub.

Qubadlının işğal olunduğu ildə nəşr edilmiş üç dilli fotoalbom

dscf9692

“Bukinist Mendel” rubrikasında bu dəfə 1993-cü ildə “İşıq” nəşriyyatında buraxılmış üç dildə “Qubadlı” fotoalbomundan bəhs edəcəyik. Fotoalbomun tərtibçisi və mətnlərinin müəllifi Tariyel Cahangir, fotoların müəllifi isə Fətəli Fətəliyevdir.

“AZƏRBAYCAN” qəzetinin çapı mühüm siyasi-ictimai hadisə oldu

gazet

1918-ci il 15 sentyabr günü Azərbaycanın XX əsr tarixinə Bakının bolşevik, erməni daşnak və rus menşevik hakimiyyətindən azad edilməsi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin öz paytaxtına qayıtmaq və geniş mənada dövlət quruculuğuna başlamaq imkanı əldə etməsi günü kimi daxil olub. Lakin həmin gün daha bir tarixi hadisə baş verib: Şimali Azərbaycan ərazisində ilk dəfə “Azərbaycan” adlı qəzet işıq üzü görüb. 

Abxaziya münaqişəsi abxaz alimin təqdimatında

IMG-20140714-WA0005

Abxaz müəllif Oleq Nesteroviç Damenianın qələmə aldığı “Abxaziya əsrlərin qovşağında” (Абхазия на рубеже веков) kitabı 2011-ci ildə Sankt Peterburqun Yuridiçeskiy Çentr Press nəşriyyatında 500 nüsxə tirajla çapdan çıxmışdır. Fəlsəfə elmlər doktoru Damenia 1992-1996-cı illərdə qondarma Abxaziya Parlamentinin deputatı olmuşdur və hal-hazırda Suxumidə Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir.

K.İ.Kazenin və O.R.Ayrapetovun abxaz separatizminə haqq qazandırmaq cəhdi

bukinist mendelGürcü-abxaz münaqişəsi 1917-1992 (Грузино-абхазский конфликт 1917-1992) K.İ.Kazeninin tərtibçiliyi, O.R.Ayrepetovun kitaba söz ardı ilə 2013-сü ildə “Yevropa” nəşriyyatında çap edilib. “Yevrovostok” seriyasından nəşr edilən bu kitab, müqəddiməsində qeyd olunur ki, millətlərarası qarşılıqlı münasibətlərin uzun və mürəkkəb tarixinin ən ümumi konturlarını cızmaq imkanıdır. Kitabda Rusiya imperiyasının dağılmasından gürcü-abxaz müharibəsinin başlanmasına kimi Abxaziyanın milli problemi ilə bağlı olan nəşr olunmuş çıxış, sənəd və xatirələrdən fraqmentlər yer alıb.