Sütun

QUBANIN AĞ ALMASI

Fuad-Babayev-2Qlobal innovativ kompaniyaların The Boston Consulting Group (BCG)  adlı reytinq cədvəli var. Hər il dünyanın 1 500 top-meneceri arasında sorğu keçirilir və dünyanın 50 ən innovativ şirkətinin siyahısı tutulur. Əksəriyyətimiz tərəfindən sevilən iPhone və deyəsən o qədər də sevmədiyimiz  iPad qurğularının “müəllif”i Apple 2005-ci ildən bəri bu siyahıda birincidir. 2016-cı ilin siyahısının ilk beşliyində  Google, Tesla və Microsoft adlarına rast gəlmək olar. Beşinci yeri Amazon tutub. Və o bu yerdə Samsung şirkətini əvəzləyib.

Ulu öndərin xeyir-duası ilə

Fuad-Babayev-2

1988-ci ilin avqustu. Sovet İttifaqı 66 ildir ki, mövcuddur. Üç ildən çoxdur ki, Qorbaçovun “perestroyka”sı davam edir. Berlin divarı hələ uçurulmayıb. Bu hadisə hələ 1989-cu ilin 9 noyabrında baş verəcək. Akademik Aqanbekyanın “Qarabağ iqtisadi cəhətdən  Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana” fikri az qala bir ildir ki, səsləndirilib. Sumqayıt hadisələrindən yarım il keçir. Və cəmi il yarımdan sonra “Qara yanvar” gələcək…

…Mənimsə cəmi 17 yaşım var. Bakıdakı Hüseyn Cavid adına 132 nömrəli orta məktəbi yenicə bitirmişəm. Və A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinə qəbul olmuşam. Leninqrada yola düşməyə hazırlaşıram. Cəmi 4 ildən sonra—1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetini bitirəcəyim ağlıma belə gəlmir. Əlbəttə, diplom alacağıma inanıram. Amma bu diplomu tarixin tamamilə fəqrli mərhələsində alacağımı bilmirəm. 4 il sonra mənə üzərində artıq mövcud olmayan dövlətin – Sovet İttifaqının gerbi həkk edilmiş diplomu almaq nəsib olacaq. Və bu zaman məşhur sovet dövlət və partiya xadimi Andrey Aleksandroviçin soyadı artıq universitetin adı ilə yanaşı çəkilməyəcək. Bu kimin ağlına gələ bilərdi? Bəs Leninin, əlavə təqdimata ehtiyacı olmayan Vladimir İliçin adının arxivə göndəriləcəyi necə? A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin cəmi 4 il ərzində sadəcə olaraq Sankt-Peterburq Dövlət Universitetinə çevrilməsi ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində dünyada baş verən ağlagəlməz dəyişikliklərin içində itib-batır.

“Erməni soyqırımı”: Faktların həqiqəti

solmaz-tohidi1

Ermənilərin Yaxın Şərq və Qafqaz bölgələrində milli-siyasi qüvvə kimi siyasət səhnəsinə çıxmasının tarixi XIX əsrin əvvəllərindən – Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin nəticələri olaraq 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay və Adrianapol müqavilələri ilə başlayır. Bu müqavilələr əsasında   Azərbaycan, Gürcüstan və Türkiyənin tarixi ərazilərinin bölünməsi, ermənilərin İrandan və Türkiyədən əzəli Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki) torpaqlarına köçürülməsi  erməni əhalisinin həyatında əsaslı iz qoydu. Yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusiya İmperiyasında erməni əhalisinin nisbətən üstün və qabaqcıl vəziyyəti,  er-məni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil  dövlətçiliyini yaratmaq ide-yasını artıq yetişməkdə olan erməni millətçiliyinin siyasi devizinə çevirdi. “Böyük Ermənistan” onun “yaradıcılarının” planlarına görə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın – Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə etməli idi.  Bu isə hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş erməni əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərtləndirirdi.

WORLD OF TANKS

Fuad-Babayev-2“Global Conflict” kanalı 10 ən yaxşı müasir tankın siyahısını təqdim edib.

Siyahıda sonuncu yeri Hindistanın 60 tonluq MBT Arjun Mark II tankı tutur. Böyük Britaniyanın 62,5 tonluq Challenger 2 tankı doqquzuncu, Yaponiyanın 48 tonluq Hitomaru tankı səkkizinci yerdədir. Yeddinci yerdə Fransanın “idman şərəfi”ni qoruyan 60 tonluq AMX Leclerc maşınıdır. 65 tonluq Merkava Mark IV (İsrail) altıncı yerdədir. Məşhur T-90-nın ixracat üçün nəzərdə tutulmuş variantı – 48 tonluq Т-90МС beşinci yeri, Cənubi Koreyanın 55 tonluq K2 Blak Panther tankı dördüncü yeri tutur.

52 İLLİK 2 PROSESİN SONU 

Fuad-Babayev-2

Noyabrın 24-də Boqotada Kolumbiya prezidenti Xuan Manuel Santosla FARK lideri, daha çox Timoşenko adı ilə tanınan Rodriqo Londonyo mühüm bir sənədə – hökümətlə qiyamçılar arasında yeni sülh müqaviləsinə imza atdılar.

Müqavilə ratifikasiya edilmək üçün konqresə göndəriləcək.

52 illik vətəndaş müharibəsinə son qoyulur deyəsən…

Noyabrın 25-də Fidel Kastro dünyasını dəyişdi.

Komandantenin ölümü haqda məlumatı onun qardaşı, Kubaya rəhbərlik edən Raul Kastro verdi.

1959-cu ildən 2011-ci ilə qədər, düz  52 il ərzində Kuba lideri olmuş əfsanəvi insan daha yoxdur…

2009-cu il üçün dəftərçə

Fuad-Babayev-2Getdikcə daha çox “ərazi” tələb edən “arxiv”imdə az qala arxeoloji qazıntı zamanı aşkar etdiyim dəftərçəyə baxıram. 2009-cu ilin cib gündəliyidir. Dəftərçəni məşhur  MYRON buraxıb. Və ona başucalığı gətirə biləcək qayğıkeşliklə 2008-ci ilin 22 dekabrından  2010-cu ilin 3 yanvarına qədər bütün həftələri ibrətamiz sayıla biləcək fikirlərlə “təchiz” edib.