Təhlil

Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası üç mərhələdə aparılıb

+++en_deportasiya_tehlil_manshet

Azərbaycanlıların Ermənistanın indiki ərazisindən kütləvi köçürülməsi SSRİ Nazirlər Sovetinin Azərbaycan əhalisinin Ermənistan SSR-dən Kür-Araz ovalığına qovulması haqqında 1947-ci il 23 dekabr tarixli qərarı ilə həyata keçirilib. Bu qərara əsasən, 1948-1953-cü illərdə Ermənistandan Azərbaycana 100 min nəfərdən çox adam köçürülüb.

Deportasiyanı doğuran şərait və səbəblər (1948-1953)

sened faktErmənistan SSR-dən Azərbaycan türklərinin məcburi köçürülməsi İkinci dünya müharibəsi illəri və sonrakı illərdə Sovet-Türkiyə münasibətləri kontekstində rəsmi Kreml tərəfindən siyasi gündəmə çıxarılmış “erməni məsələsi” ilə qırılmaz surətdə bağlıdır.