Xəbər

Azərbaycan qaçqın və məcburi köçkün problemindən ən çox əziyyət çəkən ölkələrdəndir

14783547655043943068_1000x669

Bu fikir İstanbulda “Qaçqınlar və miqrantlar problemi” mövzusunda keçirilən beynəlxalq konfransda səslənib.

Noyabrın 5-də İstanbulda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) və Ədalət və İnkişaf Partiyasının (AKP) birgə təşkilatçılığı ilə “Qaçqınlar və miqrantlar problemi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Məşhur amerikalı jurnalist Masazır qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb

1

Azərbaycanla bağlı yeni kitab yazmaq məqsədilə ölkəmizə səfərə gələn, “Dağlarda qətl: Xocalıdakı hərbi cinayətlər və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi, tanınmış amerikalı jurnalist Raul Kontreras Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun müşayiəti ilə Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə məskunlaşan soydaşlarımızla görüşüb, onlar üçün yaradılan şəraitlə yerində tanış olub.

1949-cu ildə Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür

deportasiya

1943-cü il Tehran Konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V. Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir. Molotov Tehranda məsələni SSRİ KP MK-nın sədri İ. Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan KP MK-nın katibi Q. Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur.

Furio de Angelis: Azərbaycan hökuməti məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb

1470396302384760390_1000x669

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov avqustun 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Furio de Angelis ilə görüşüb.

İndiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik bir dövrü əhatə edir

Erm-nistandan

Son deportasiya zamanı Ermənistan dövləti 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlıları doğma yurdlarından qovub.

1988-ci ilin soyuq dekabrında Ermənistan ərazisində yaşayan 182.000 azərbaycanlı (rəqəm BMT-nin Qaçqınlar üzrə Ali komissarlığınındır), 18.000 kürd və min nəfər rus (rəqəmlər Azərbaycan Respublikası keçmiş Ali Sovetinin Qaçqınlar üzrə Komissiyasınındır) zorla daimi yaşayış yerlərindən deportasiya edilib.