Xəbər

Avropa ölkələri, beynəlxalq təşkilatlar insanları qaçqına çevirən səbəblərlə mübarizə aparmalıdırlar

qac-14612302321505643895_1000x669

AŞPA-da Suriya köçkünlərinin vəziyyəti, onların üzləşdikləri problemlərlə bağlı üç qətnamə layihəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva insanları qaçqın salan, köçkünə çevirən səbəblərə qarşı Avropanın, Avropa Şurası, AŞPA və digər təşkilatların ciddi mübarizə aparmasının vacib olduğunu söyləyib. O deyib ki, insanları köçkünə çevirən səbəblərə qarşı sərt mübarizə aparılmasa, qaçqınların sayı daha da artacaq. O, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib, ölkəmizdə insanların qaçqın, köçkün həyatının nə olduğunu çox yaxşı bildiklərini vurğulayıb.