HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənilərin ‘gəliş’i

Ermənilərin Türkiyədən köçürülüb gətirilməsi


1826-1828-ci illər Rusiya-İran müharibəsində qələbədən ruhlanan rus ordusu 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığından Arpaçayı 12 minlik qoşunla keçərək Şərqi Anadoluya hücuma başlayır və iyunun 23-də Qars qalasını ələ keçirir. Hücumu genişləndirən ruslar iyulun 24-də Axılkələyi, avqustun 15-də Axıskanı, 22-də Ərdəhanı, 28-də Bayazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu, Bayburdu işğal edir.

Alimlər erməni yalanını ifşa edirlər

Rusiyanın himayədarlığı ilə istədikləri əməlləri həyata keçirən ermənilər, Qafqaza gəlmə bir xalq olmalarına baxmayaraq, bu qədim və zəngin ərazidə yurd salmaq, dövlət yaratmaq üçün hər cür yola-hiyləyə, fitnə-fəsada əl atmışlar.

«Albаn» еtnоsu ilə «еrməni» еtnоsu fərqli idi

Qаrаbаğ əhаlisinin tərkibində qədim аlbаn еtnik qrupu əsаslı yеr tutmuşdur. Аlbаn tаyfаlаrı əsаsən Qаrаbаğın dаğlıq yеrlərində, Хаcın knyаzlığının ərаzisində yаşаmışlаr. Kirаkоs Gəncəlinin əsərində аlbаnlаrın, müstəqil еtnik vаhid kimi, еrməni və gürcülərlə bir sırаdа – «еrmənilər, gürcülər və аlbаnlаr” şəklində vеrilməsi, Аlbаniyаnın Еrmənistаnın tərkib hissəsi kimi dеyil, оnunlа yаnаşı хаtırlаnmаsı nəzərə çаrpır.