Ermənilərin ‘gəliş’i

Tomas de Vaal: “Ermənistan SSR məhz ermənilərin yeni vətəni olması üçün yaradılmışdı ”

Tomas de Vaal

19-cu əsrdə metropoliya burada yaşamaq üçün Türkiyə və İrandan minlərlə ailə köçürdükdən sonra İrəvan get-gedə erməni şəhəri oldu. Bunula belə, hələ 1870-ci illərdə burada cəmi 12 min nəfər yaşayırdı, başqa sözlə, hətta Şuşadan da kiçik idi. Və erməni qaçqınlar Bakıda iş axtarmağa üstünlük verirdilər. (Lourie, Yerevan’s Phenomenon, p. 177-178).

ERMƏNİLƏRİN “GƏLİŞ”İ – XRONİKA

12 oktyabr 1813-cü il – 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı iki yerə parçalayan “Gülüstan müqaviləsi” ermənilərin Şimali Azərbaycana köçürülməsini gündəmə gətirdi.

GÜLÜSTAN MÜQAVİLƏSİ

Qadir Allah Naminə

İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ BÖYÜK HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə