Netty2014 Nominants

Ermənilərin ‘gəliş’i

ermenilerin gelisi kicik

Ermənilər Dağlıq Qarabağa muxtariyyatı necə verdiriblər?

ermenilerin gelisi

…XIX əsrin əvvəllərində rusların Qafqaza gəlməsi, Rusiya-İran müharibələri nəticəsində Azərbaycan torpaqlarının parçalanmasında “xüsusi rolu olan” ermənilərin Arazın o tayından İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə köçürülməsi ilə yanaşı həm də Qarabağın Dağlıq hissəsinin səfalı yaylalarına köçürülməsi, ermənilərin, erməni məliklərinin Rusiya imperiyasına “sədaqətlə xidmətlərinə təşəkkürün” bariz nümunəsi idi.

Ermənilərin Qarabağa köçürülməsi kicik

Ermənilərin Qarabağa köçürülməsi

Ermənilərin Qarabağa köçürülməsi

“Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “dənizdən-dənizə Ermənistan” dövləti qurmaqdır.

ermeni kilsesi_featured

I ALEKSANDRIN DÖVRÜNDƏ ERMƏNİ KİLSƏSİNİN FƏALİYYƏTİ

ermeni kilsesi

1808-ci ildə çar I Aleksandr (1801-1825)  ruslara  kömək məqsədi ilə apardığı cəsusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli  Müqqədəs  Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni  kilsəsi  daim onlara kömək edir və ardıcıl olaraq rusların onlan «müsəlman zülmündən» xilas etməyə səsləyirdi.

erm-ni-saxtakarl

Moisey Xorenasidən başlayan erməni saxtakarlığı

erm--ni-saxtakarl------

Ermənilərin etnogenezi, milli identikliyi, linqvistik xüsusiyyətləri, tarixi və s. haqqında müxtəlif vaxtlarda və bir-birinə zidd olan fikirlər irəli sürülmüşdür. Bəzi müəlliflər ermənilərin tarixi başlanğıcını bəşər sivilizasiyasının ilk çağlarına aparır və onların mənşəyinin bilavasitə Anadolu yaylası və Qafqaz ilə bağlayır, bu ərazilərin avtoxton əhalisinin məhz ermənilər olduğunu iddia edirlər və bu zaman daha çox etibarlı tarixi mənbələrə deyil, həqiqiliyi kifayət qədər şübhə doğuran mifik-dini xarakterli məlumatlara əsaslanırlar.

İrəvan xanlığının tarixinə həsr olunmuş nəşrlər təqdim olunub

_mg_1259

Noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasında Azərbaycan MEA Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə İrəvan xanlığının tarixinə həsr olunmuş dörd broşürün təqdimatı olub.