Irs

Divanxana – Şirvanşahların saray köşkü

cbae432517da537b38ca9848667c865c

Şirvanşahlar saray kompleksi orta əsrlərin şəhərsalma tələblərinə uyğun olaraq qədim Bakı – indiki İçərişəhər relyefinin ən hündür yerində – içqalada yerləşir. Kompleksin əsas tikililəri olan saray binası və Divanxana Bakı təpəsinin tam zirvəsində ucaldılmışdır. Şirvanşahlar sarayından bəhs edən səyyahlar, yaxud da onun memarlıq təhlilini verən mütəxəssislər, bir qayda olaraq, kompleksin tərkibindəki Divanxana binasına üstünlük vermişlər. Gerçəkdən də Şirvanşahlar saray kompleksi yuxarıda Bakı qalasının tacı kimi yüksəlirdisə, Divanxana bu tacın ən dəyərli daş-qaşı idi.

Şəmkirdə Əhəmənilərə aid tarixi abidə

semkir1

Şəmkirdə dünya alimlərinin marağında olan iki tarixi abidədə tədqiqat işləri davam etdirilir.

Son illər respublikamızın bölgələrinin inkişafı ilə yanaşı, bir çox tarixi abidələrin üzə çıxarılaraq bərpa edilməsi istiqamətində də uğurlu addımlar atılır. Belə tarixi abidələrdən ikisi Şəmkir rayonunda yerləşir. Onlardan biri Qaracəmirli, digəri isə Muxtariyyə kəndləri yaxınlığında miladdan əvvəl V-IV əsrlərə aid yaşayış yeri və böyük saray qalıqlarıdır ki, bu da yaxın gələcəkdə turizm obyekti kimi böyük əhəmiyyətə malik olacaqdır. 

Bünyad Sərdarovun xatirə muzeyi

Bünyad Sərdarovun xatirə muzeyi 1985-ci ilin yanvar ayında Füzuli rayonunun Qarğabazar kəndində istifadəyə verilmişdir.  Qədim karvanasarayda fəaliyyət göstərən muzeyin eksponat  fondunda inqilabçıya məxsus 500-dən çox müxtəlif səpgili qiymətli əşya sərgilənirdi.

AZIX MAĞARASI

Azix_Maqarasi

Azıx kahası (azıx – qədim türk dillərində ayı deməkdir) – Azərbaycan Respublikasında ən iri karst mağarası. Füzuli şəhərindən 14 km şimal-qərbdə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir.

ŞAMAXI CÜMƏ MƏSCİDİ

cume-mescidi
Cümə məscidinin müasir görünüşü

Cənubi Qafqazda ən qədim məscid kompleksi. 743 ildə inşa edilmişdir. Lakin bu məscidin yerində daha qədim məbəd olduğuna əsas verən əlamətlər onun üç mehrablı olması və buna müvafiq olaraq daxili quruluşunun üç hissəyə bölünməsidir Şamaxı Cümə məscidinin inşası xilafət ordusunun Azərbaycanı işğal etdikdən sonrakı dövrə təsadüf edir. Bəzi mənbələrdə göstərildiyinə görə, bu məsciddə Xəzər xaqanı İslam dinini qəbul etmişdir.