HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Irs

Qəbələnin görkəmli tədqiqatçıları

Dünyaya göz açdığın kəndin, rayonun, şəhərin, təmsil etdiyin xalqın tarixini bilmək təhsilindən, peşəsindən, vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq hər kəsin bir vətəndaşlıq borcudur. Yəni, insan olan kəs heç bir halda Vətəninin və xalqının tarixinə biganə ola bilməz. Əlbəttə, ümumdünya tarixinin önəmli məsələlərindən hali olmağın da faydası var. Amma məşhur el məsəlində deyildiyi kimi “əvvəl evin içi, sonra da çölü”. Bu mənada əhatəmizdə olan insanların böyük əksəriyyətinin tarixi mövzuda olan filimlərə, televiziya və radio verilişlərinə, söhbət və disputlara, o cümlədən dövrü mətbuatda gedən yazılara olan sonsuz marağı başa düşüləndir. Ulu öndər Heydər Əliyev deyirdi: “Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix yeniyetməlikdən başlayaraq, ömrünün sonuna qədər hər bir insana lazımdır. Ona görə də biz indi gərək xalqımızın tarixini diqqət mərkəzinə alaq”.

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi

 

Laçın tarix-diyarşunaslıq muzeyi işğaldan əvvəl

1979-cu ildə Azərbaycan hökuməti tarix və mədəniyyət abidələri ilə zəngin olan Laçın rayonunda tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul etmişdi. 1980-ci ildə muzeyin yaradılması üçün  eksponatların toplanmasına başlanılmış, işin icrası və muzeyə rəhbərlik Solmaz Səttar qızı Məhərrəmovaya tapşırılmışdı.

Xocalıda məhv edilən həm də tarixi və mədəni abidələrimizdir

 

Bu ulu yurdda minilliklərin şahidləri, əsrlərin yadigarları da vandalizmin qurbanlarına çevrildi

 

Xocalı sözü nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta “dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, ağı-bayatısına çevrilib. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir.

Qarabağ xanlığının pul dövriyyəsi mövzusunda elmi nəzəri seminar keçirildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, 2017-ci il iyunun 7-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix elmləri doktoru Əsədulla Cəfərovun sədrliyi altında fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi keçirildi.