Irs

qoc-heykel-300x200

Qubadlı rayon Tarix- Diyarşünaslıq Muzeyi

qoc heykel

Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci il may ayının 6-da fəaliyyətə başlamışdır. Qubadlı rayon ictimaiyyəti, qonaqlar, idarə və müəssisələr, məktəblilər tez-tez muzeyi ziyarətə gələr, eksponatlarla yaxından tanış olar, lazımi anlarda muzeyə öz köməkliklərini göstərərdilər.

IMG_0086

Ağdam Tarix-Diyarşünaslıq Muzeyi

Qarabağ muzeyləri

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında  ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan  31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu  Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.

Xankendi kicik

Xankəndi Şəhər Tarix – Diyarşünaslıq Muzeyi

Xankendi

Kərkicahan qəsəbəsində yerləşirdi. Sahəsi 1050 kv. metr olan, muzeyin binası Məhəmmədhəsən xanın mülkü olmuşdur. 1940-1950-ci illərdə Kərkicahanda məktəb olmadığı üçün həmin bina 12 il məktəb kimi fəaliyyət göstərib. Yeni məktəb tikildiyi gündənsə  muzey şəklində fəaliyyət göstərmişdir. Muzeyin eksponatlarına gəlincə, onların sırasında Qarabağın məşhur şair-rəssamı Mir Möhsün Nəvvabın 8 rəsm portreti, bir çox xan və ağaların əşyaları (qılıncları, kəmərləri, geyimləri və s.), qədim Qarabağ xalçaları (28 ədəd, onlardan ikisi işğal zamanı yandırılmışdır), ən cavanı XVIII əsrə aid olan qədim əlyazmalar və kitablar, qədim və müasir tüfəng növləri və s. xüsusilə diqqətləri çəkən, Azərbaycan tarixixinə, mədəniyyətinə maraq yarada biləcək eksponatlar idi.

Kelbecer

Kəlbəcər rayon tarix-diyarşünasliq muzeyi

Kelbecer

Kəlbəcər rayon tarix-diyarşünasliq muzeyi 1979-cu ildə Kəlbəcər şəhəri,  Molla Vəli Vidadi küçəsində yerləşən gözəl daş mozaika ilə bəzədilmiş ayrıca binada fəaliyyətə başlamışdı. Həyəti 900 kv.metr olan muzeyin binası bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan ibarət idi. 30 mindən çox eksponatı оlan fond da muzeydə saxlanılırdı.

corek-muzeyi-sari_featured

Ağdam Çörək Muzeyi

Qarabağ muzeyləri

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında  ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan  31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu  Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.

Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırılmaqla yanaşı, beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaları  çatdırmaqdır. Bu ideya Söz Azadlığını Müdafiə Fondunun  (SAMF) Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gercəkləşən layihədə mümkün olub.