HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

həvəngdəstə

RÜŞDİKİMİLƏR

İndiyə qədər xeyli kitab oxumuşam. Təəssüflə, həm də ürək ağrısı ilə etiraf edirəm ki, oxuduğum kitabların bir çox məqamları yadımda deyil. Məsələn, dördüncü, ya da beşinci sinifdə oxuyanda “Necə oldu ki, Pyer Duş məşhurlaşdı” adlı hekayələr kitabını oxuduğum yadımdadı. Həmin kitabda müxtəlif xarici yazıçıların hekayələri toplanmışdı.

KİM KİMDİR?

Kimin kim olduğunu bilməkdən çətin nə var? Min illərdir ki, ən ağıllı adamlar bu sual üzərində baş sındırırlar. Amma hələ də ortada bir şey yoxdur və bu fani dünyada kimin kim olduğunu heç kim, ya da demək olar ki, heç kim bilmir. Və əlbəttə mən də bilmirəm. Bir çox müasirlərimdən fərqli olaraq özümü dərin zəka sahibi hesab etmədiyimdən mən belə çətin sualları cavablandırmağa çalışmıram da.

POTENSİAL POLİQLOTLAR ÖLKƏSİ

1999-cu ildə dəyərli yazar Azər Həsrətin sayəsində və elə onunla birlikdə İspaniyaya getmişdik. Repdən və həm də meyxanadan çox uzaq olan Xose adlı, Orteqa-i-Qasset soyadlı ispan filosofun adını daşıyan fondun tədbirində iştirak edirdik. İspaniyaya ilk və çox güman ki, həm də son səfərimdən yadımda qalan məqamlardan biri haqqında danışacağam.

METRO “ADAM”I

1968-ci ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov Azıx mağarasında çənə sümüyü tapdı. Alimlər sümüyü diqqətlə öyrənib aydınlaşdırdılar ki, bu 350-400 min il bundan əvvəl həmin ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsidir. İndi hamı bütün sümükləri lap çoxdan sürmə olmuş, yalnız alt çənəsinin sağ hissəsi salamat qalmış bu ibtidai insanı azıxantrop, yəni Azıx adamı kimi tanıyır.

MALİ MALI

Deyilənə görə çox yaxşı pal-paltar İtaliyada, əsl hörmətə layiq maşınlar da Almaniyada istehsal olunur. Əlbəttə, axtarsan Fransada da, İngiltərədə də və başqa- başqa adı ürəyəyatan ölkələrdə də kefiniz istəyən qədər kostyum da tikirlər, maşın da buraxırlar. Amma, “italyanski” ayaqqabı bam-başqadır. “Nemetski” avtomobillər də ki, dünya dördtəkərliləri arasında özünü çoxdan təsdiq eləmiş, indi dəbdə olan tərzdə desək, birinciliyi haqq eləyən maşınlardı.

TOPONİMİK TƏKLİF

Ən asan iş təklif verməkdir. Bunu hamı bacarır. Özü də yaxşı olar ki, başın çıxmayan sahə ilə bağlı təklif verəsən. Ümumiyyətlə, əziz dostlar, öyrətmək olmasın, təklif verəndə əsas diqqəti təklifin özünə yox, səsinizin tembrinə, üzünüzün ifadəsinə və əlbəttə ki, baxışlarınıza yönəldin. Təcrübə göstərir ki, ağıllı görkəmlə verilən ən adi təklif, necə deyərlər elə-belə, işçi qaydada verilən ən əhəmiyyətli təklifə baxanda daha yaxşı qarşılanır. Və bir növ hörmətli olur.