Söhbət

Samir İsayev: “Bənd dağılsa, 570 milyon kub.metr su sürətli axınla Bərdəyə tərəf gedəcək.”

DSCF8055

Müsahibimiz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng SOS” layihəsinin əlaqələndiricisi, tanınmış hüquqşünas Samir İsayevdir.

 

– Samir müəllim, yanvarda Avropa Şurası Parlament Assambleyasında millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edən və  Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edildi…

 

AVCİYA-nın 24 fevralda yayımlanmış bəyanatında belə bir cümlə var: “Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altındadır və texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəza vəziyyətindədir. Anbarda baş verə biləcək hər hansı qəza nəticəsində Azərbaycanın cəbhəyanı 6 rayonunun – Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi rayonlarının 400 mindən artıq əhalisi  qısa vaxt ərzində məhv olmaq təhlükəsi ilə üz-üzədir.”