Netty2014 Nominants

Təhlil

Ermənistanın Azərbaycana təcavüzü Avropa Şurasının gündəliyində

Avropa Şurası Parlament Assambleyasında tamhüquqlu üzv kimi iştirak edən Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalçı siyasətini ifşa etmək, Azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi terror və soyqırım cinayətlərini, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi faktlarını Avropa ictimaiyyətinə çatdırmaq, bu cinayətkar dövlətin Avropa Şurası tərəfi ndən təcavüzkar kimi tanıtdırmağı, təcavüzə tezliklə son qoyulması məqsədilə ona qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə nail olmağı özünün başlıca vəzifəsi kimi müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində genişmiqyaslı hücumları ilə əlaqədar bəyanatı – 15 aprel 1994-cü il

Fövqəladə vəziyyət məni bu bəyanatla sizə müraciət etməyə vadar etdi.

Bu il aprelin 10-dan başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının Goranboy və Tərtər rayonları istiqamətində, aprelin 11-dən isə Ağdərə və Ağdam rayonları istiqamətində yeni genişmiqyaslı hücuma keçmişlər. Bu günlər Azərbaycan bölmələri Ermənistan Respublikası silahlı qüvvələrinin sayca üstün olan hissələrinin fasiləsiz hücumlarını dəf edərək, qanlı müdafiə döyüşləri aparırlar. Ermənistan ərazisindən münaqişə zonasına 3000 nəfərədək canlı qüvvə, onlarca zirehli texnika və ağır top, o cümlədən “Qrad” qurğuları gətirilmişdir. Azərbaycanın adları çəkilən rayonlarının yaşayış məntəqələri bu qurğulardan atəşə tutulur. Həmin kəndlərdə böyük dağıntılar, mülki əhali arasında çoxlu tələfat var.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Uilyam.C.Klintona. Bakı şəhəri, 8 fevral 1999-cu il

Hörmətli cənab prezident!

Mən Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırılmasında irəliləyiş olmaması ilə əlaqədar keçirdiyim dərin narahatlığı sizə bildirmək istərdim, Azərbaycanın ərazi bütövlüyü əvvəlki kimi pozulmuş olaraq qalır, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, doğma yerlərindən zor gücünə qovulmuş bir milyon azərbaycanlı qaçqın beş ildir ki, böyük məhrumiyyətlər içərisindədir. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələri yerinə yetirilmir.