HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənistanın Azərbaycana təcavüzü

Azərbaycan Ordusunun şəhid olan əsgəri Tovuzda dəfn olunub

sehid defn

Ötən gün erməni silahlı bölmələri ilə döyüşdə şəhid olan Azərbaycan Ordusunun əsgəri Elşən Aydın oğlu İsmayılov bu gün dəfn edilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Füzuli stiqamətində şəhid olan əsgər bu gün doğulduğu Tovuz rayonunun Əhmədabad kəndində torpağa tapşırılıb.

Sərsəng su anbarına dair qətnamə beynəlxalq aləmdə Ermənistana təzyiqlərin artırılmasında Azərbaycanın imkanlarını genişləndirir

 

Elxan Süleymanov

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü 

AŞPA Sosial Məsələlər Komitəsinin 23 noyabr 2015-ci ildə Parisdə keçirilən iclasında Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr gərgin keçmişdir. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürdü. Bu təklif səsverməyə çıxarıldı və 16 səs əleyhinə, 9 səs lehinə olmaqla rədd edildi.