Ermənistanın Azərbaycana təcavüzü

Xanlar Vəliyev: “Azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə görə 297 nəfər axtarışa verilib”

xanlar-veliyev

“Azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətlərə dair 297 nəfərin həbsi üçün beynəlxalq axtarışla bağlı qərar qəbul edib, İnterpol vasitəsi ilə axtarışa vermişik”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə beynəlxalq cinayətlər barədə hazırlanmış qanun layihəsinin təqdimatında respublika hərbi prokuroru Xanlar Vəliyev bildirib. O qeyd edib ki, hələ də 297 nəfərdən heç kim saxlanılaraq, Azərbaycana verilməyib: “Buna da səbəb ikili standartlardır”.

Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb

shehid-1

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.

Prezident İlham Əliyev: “Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularından biridir”

1485165580766341259_1000x669

“Burada yaşamaq və xidmət aparmaq üçün bütün şərait var. Son illər ölkəmizdə 20-dən çox hərbi şəhərcik inşa edilib”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşdə deyib.