
Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata bəyannaməsini əsas tutaraq razılaşdıqlarını açıqlamalarını alqışlayırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken “X” sosial şəbəkə hesabında bildirib.
“Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, – deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











