HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

ARAŞDIRMA

Göyçay toponimlərinin linqvistik təhlili

Bu gün adları öyrənmək xalqın dili, tarixi, etnik mənşəyi, etnoqrafiyası, məşğuliyyət sahələri haqqında təsəvvürü genişləndirir, dünənimizlə bu günümüz arasında mənəvi körpü yaradır.

Şirvan düzünün şm.-lında, Göyçay çayının sahilində yerləşən Göyçay ş. eyniadlı r-nun mərkəzidir. Şəhərin və r-nun adı çayın adından götürülmüşdür. Göyçay ş.-nin yerində keçmişdə Potu k.-nə məxsus bağların olduğu qeyd edilir (15, s.325). XIII əsrin ikinci yarısında indiki Göyçay ş. nin yerləşdiyi ərazinin meşəlik olması və bu yerin Ərvan adlandırılması söylənilir (39, s.57). Keçmişdə Aran r-nlarına yol buradan keçdiyinə görə Potu bağları ərazisində karvansara salınmış və mal bazarı olmuşdur. Bazara mallar Potu k.-dən gətirildiyindən ona Potubazar deyilirmiş. Bazar dağıldıqdan sonra onun adı bir müddət də qalmış, sonralar isə bu ad istifadədən çıxmışdır. Sonralar burada poçt məntəqəsi yaradılmış və 1851 ildə məntəqə ətrafında cəmi 5 evin olduğu bildirilir.

Görkəmli ədəbiyyatşünas və pedaqoq


Azərbaycan ədəbiyyatşünaslığına töhfələr vermiş alimlərimizdən biri də filologiya elmləri doktoru, professor Abbas Hacıyev olub. Dəyərli monoqrafiya, dərslik və dərs vəsaitlərinin, ədəbi-tənqidi məqalələrin  müəllifi olan görkəmli alim 40 ildən artıq müxtəlif elm-təhsil ocaqlarında çalışıb.

Professor Asif Hacılının AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Şövkət oğlu Əhmədli ilə “Göyçay Ensiklopediyası” ətrafında mükaliməsi


Asif Hacılı. Hörmətli Atəş müəllim, Sizi salamlayır və dəvətimizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, görkəmli ictimai xadim Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə bu Assosiasiyanın kollektivi möhtəşəm bir layihənin – “Göyçay Ensiklopediyası”nın üzərində işə başlayıb. Bir qədər əvvəl Elxan müəllimin millət vəkili olduğu Şamaxı rayonu haqqında AVCİYA tərəfindən “Şamaxı Ensiklopediyası” hazırlanmışdı. Ensiklopediyaların ümumi prinsipləri eyni olsa da, Azərbaycanın mərkəzi rayonlarından olan Göyçayın özünəməxsus xüsusiyyətləri bu Ensiklopediyada nəzərə alınacaq. Özünəməxsusluq təbii şərait, coğrafiya, regional mühitlə müəyyənləşir və ilk növbədə folklorda, etnoqrafiyada təzahür olunur. Buna görə də Göyçay əsilli folklorşünas alim, hazırda bir neçə cildlik “Göyçay folkloru” antologiyasının üzərində çalışan tərtibçi kimi Sizinlə müəyyən müzakirə və mükalimə aparmağı əhəmiyyətli hesab etdik. İlk sualım da məhz bu bölgənin diyarşünaslıq baxımından səciyyəsi, folklor, mədəniyyət baxımından özünəməxsusluğu haqqındadır. Qədim və özünəməxsus bölgələrimizdən olan Göyçayın bu özünəməxsusluğunu nədə görürsünüz? Bu özünəməxsusluq ilk növbədə Göyçay ərazisinin tarixindən, təbiətindən, coğrafiyasından, təsərrüfatından və sairədən qaynaqlanır. Bu amillər və Göyçayın mədəni, folklor mühitinin ümumi səciyyəsi haqqında fikriniz?

Bir daha “Quba” sözü haqqında


Ölkəmizin, xalqımızın tarixilə səsləşən, tarixin dərin qatlarından xəbər verən, öz ilkin mənasından qoparaq geniş məna ərz edən, toponimə, hidronimə, antroponimə çevrilən sözlərdən biri də Qubadır. Bu söz min ildən çoxdur ki, əlamət bildirmək xüsusiyyətini itirib isimləşib, başqa yerlərlə yanaşı, Azərbaycanımızın qədim tarixə malik bir diyarının mərkəzi olan şəhərin adına çevrilib.