Söz

Sabir Şeyda- XANƏGAH

Sən qədər yox mənə heç  özgə mehriban, Xanəgah.
Bilmişəm qoynunu hər dərdimə dərman, Xanəgah.

 

Sənin tək güllər ilə şanlı bir  məkan Qubadır.
Hər gülün seyrinə dal, nəğməli dastan, Xanəgah.

Şahin Fazil- Çaldıran (dramatik poema)

23 avqust, 1514-cü il

 

QƏZƏL

 

Bir tərəfdən  qırdıranmış, öldürənmiş Çaldıran,
Başqa yandan türkü türkə güldürənmiş Çaldıran.

 

Qeyb olubdur türkə türkün rəhmi, insaf qeyb olub,
Ah, bu mənhus gündə tüğyan qaldıranmış Çaldıran.

 

Ömrü güllər tək açılmış şux cavanlar məhv olur,
Ömrü gül tək, bir çiçək tək solduranmış Çaldıran.

 

Əl kəsilmiş, qol üzülmüş, baş yarılmış qeyz ilən,
Əl kəsənmiş, qol üzənmiş, baş yaranmış Çaldıran.

Rəsul Rza – Sənin adın

Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) – Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı.

Səməd Vurğun – Şuşa

Naləli bir fəryad qalxdı göylərə,
Bu Bülbül səsiydi, Cabbar səsiydi.
Bağrı qan olmuşdu Şuşanın bugün,
Bu səs anaların ah-naləsiydi.