1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
  • Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
  • “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
  • Prezident sarayında keçirilən müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi – 16 iyun 2003-cü il
  • Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikası Milli Məclisin iclasında çıxışı – 15 iyun 1993-cü il
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

XANƏGAH (QUBA RAYONU) MƏSCİDİ

  • XANƏGAHDA MƏSCİD DAĞILIR…
  • Qubada tarixi məscid məhv olmaq təhlükəsi ilə üz-üzə – Fotolar
  • “Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” – Fuad Babayev
  • 4660 saylı və yerli əhəmiyyətli abidə haqqında…
  • Xanəgah məscidi 1 şeir və 14 şəkildə

İlqar Cəfərov: “Uşaq meyitlərinin yanında əlacsız vəziyyətdə oturmuş kişi gözümün önündən getmir.”

20.02.2019

AZƏRTAC-ın əməkdaşı, fotojurnalist İlqar Cəfərovla danışdıq.

 

 

 

– İlqar müəllim, Siz Xocalı soyqırımı ilə bağlı dünyada ən geniş yayılmış fotoşəkillərin müəllifisiniz. Xocalı soyqırımı baş verən gün harada idiniz?

 

– Mən AZƏRTAC-da işləyirəm. 1992-ci il fevral ayının 24-də ilk ezamiyyətlərimdən birinə Füzuli, Laçın, Şuşa rayonlarına yollanmışdım. O vaxt həmin rayonlar atəş altında idi, döyüşlər gedirdi. Bir gün Füzulidə olduqdan sonra, getdim Şuşaya. O vaxtadək Qarabağ bölgəsində olmamışdım və birinci dəfə idi ki, bu bölgəyə gedirdim. Hələ Şuşada olarkən  əsgərlərdən eşitdim ki, Xocalı aramsız atəşə tutulur, vəziyyət ağırdır. Elə Şuşanın özü də atəş altında idi. Fevralın 25-də Şuşada idim. Mərmilər şəhərdə böyük dağıntılar törətmişdi, vəziyyət gərgin idi. Həmin dağıntıları lentə aldım. Səhərisi gün yenə dağıntıların şəklini çəkdim.  Sonra 2-3 günlüyə atəş kəsildi. O vaxt İrandan nümayəndə heyəti gəlmişdi. Ancaq atəş kəsilməklə yanaşı,  Xocalıda dəhşətli hadisələr baş verirdi. Hiss olunurdu ki,  ermənilər atəşkəsə daha məkrli bir planın hazırlanması üçün razılıq vermişdilər. Həmin vaxt xarici agentliklər də orada çəkiliş aparırdılar. Fevralın 26-da qayıtdım Laçına, gecə bir az çəkiliş etdim və fevralın 27-də Bakıya yola düşdüm.

 

 

 

– Yəni Xocalı qətliamı haqqında məlumatı artıq Bakıda eşitdiniz.

 

 

– Xocalı faciəsi haqqında həqiqəti əks etdirən məlumat yalnız 2-3 gün sonra, fevralın 27-si axşam televiziya ilə bildirildi. Televiziya ilə axşam “Günün xəbərləri” verilişindən öyrəndim ki, Xocalıda belə bir dəhşətli qırğın törədilib, insanlar həlak olub. Və mən özüm qərara gəldim ki, Ağdama yollanıb, çəkilişlər aparım. Ertəsi gün AZƏRTAC-a gəldim, səhv etmirəmsə, bazar günü idi. Bildirdim ki, axşam Ağdama gedəcəyəm. Fevralın 28-də gecə Ağdam qatarına minib yola düşdüm.

 

 

– Ağdamda vəziyyət necə idi, artıq Xocalıda öldürülənlərin cəsədləri gətirilmişdi?

 

 

– Ağdama martın 1-də çatdım. Həmin gün səhər tezdən Ağdam rayon İcra Hakimiyyətinə getdim. Orada dedilər ki, bir gün əvvəl Çingiz Mustafayev gəlib, hadisələrin baş verdiyi ərazilərdə çəkiliş aparıb. Ona görə də qərara gəldim ki, çıxım bir özüm baxım, görüm şəhərdə nə var, nə yox. Ağdam da erməni artilleriyasının hücumuna məruz qalmış, univermağın bir hissəsi mərmidən dağılmışdı. Bir az sonra dedilər ki, bir evə də mərmi düşüb. Səhər-səhər olmuşdu bu hadisə.  Sonra məscidin yanına gəldim. Burada insanlar gözləyir, ağı deyirdilər, öz qohumlarından xəbərsiz və çox qəzəbli idilər.

 

 

– Həlak olanların fotoşəkillərini məsciddə çəkmisiniz?

 

 

– Bəli, məscidin qabağında güllə yarası alan və həlak olmuş insanlar vardı. Qohum-qardaşları gəlirdilər, kömək edirdilər. Sonra arxadakı otağa keçdim. Ağdam məscidinin arxasındakı otaqda uşaq meyitlərini stolun üstünə qoymuşdular. İnanın, mən o vaxtadək meyit görməmişdim və təsəvvür edin, uşaq meyitləri gözümün qabağında durmuşdu, əlim qalxmırdı şəkil çəkəm. Birdən-birə öz-özümə dedim ki, çəkməliyəm, bu hadisələri yaymaq lazımdır, çünki belə bir ağlasığmaz vəhşilik törədilib. Meyitləri gətirib otağa düzürdülər. Uşaq meyitlərinin yanında əlacsız vəziyyətdə oturmuş kişi gözümün önündən getmir. Sanki baş vermiş hadisələrə görə özünü günahlandırır, xəcalət çəkirdi.

 

 

– Meyitlər hələ də gətirilirdi?

 

 

– Ümumiyyətlə bu proses çox dəhşətli bir konveyerə bənzəyirdi. Bir yandan ölüləri yuyur, tabuta qoyub basdırır, qohum-qardaşları ağlaşırdı, digər tərəfdən isə yeni-yeni meyitlər gətirirdilər. Xocalıdan olan insanlar öz yaxınlarını axtarır, ağlaşırdılar. Həmin gün Ağdam məscidində baş verənlər doğrudan da dəhşətli idi. Məscidin yaxınlığında bütün üzvləri öldürülmüş bir ailəni gördüm. Ailə başçısını ağzından güllə ilə vurmuşdular, qadının üzündə cırmaq izləri vardı. Yəqin ki, müqavimət göstərmişdilər, uşağı da, özlərini də öldürmüşdülər. Onların şəklini çəkəndə, həmin ailənin bir qohumu girdi içəri, qadının qardaşı idi. Dedi ki, yeznəsi o qədər güclü insan idi ki, ermənilər yalın əllə onun üstünə gedə bilməzdilər.

 

 

– Bəs bilavasitə hadisə yerinə getmək imkanı var idimi?

 

 

– Ağdam rayon İcra Hakimiyyətinin yaxınlığında çoxlu yerli və xarici jurnalistlər, teleoperatorlar yığışmışdı. Hamı tələb edirdi ki, onları hadisə olan yerə aparsınlar. Hökumət adamları ilə danışıqlar gedirdi, amma konkret bir şey yox idi. Deyirdilər ki, həmin yerə getmək təhlükəlidir. Ona görə də mən bu işləri imkanım daxilində edirdim. Dəmiryol vağzalında bir vaqon ayırılmışdı,  orada yaralılar, müayinə və əməliyyat olunurdu.  Vaqon səyyar hospitalı xatırladırdı. Yaralanmış, şaxta vurmuş, döyülmüş insanları maşın-maşın oraya gətirirdilər. Həmin adamların mütləq əksəriyyəti özü yeriyə bilmirdi.  Hamısının üzündə ağrıların yaratdığı bir iztirab var idi. Əməliyyat üçün öz növbələrini gözləyirdilər.  Onları xərəklə gətirir, vağzalla üzbəüz bir binanın döşəməsinə qoyurdular. Qohumları çox üzgün idi.

 

Vəziyyəti ağır olanları isə başqa vaqonla Bakıya yola salırdılar.  Həmin vaqonda bir ailəni çəkmişdim. Az müddət içərisində iki dəfə qaçqınlıq həyatı yaşamışdılar. Birinci dəfə Ermənistandan, ikinci dəfə isə Xocalıdan qaçmağa məcbur olublar. Ailə başçısını ermənilər Xocalıda öldürmüşdülər. Qadın üç uşağı ilə yalqız qalmışdı və çaşqın vəziyyətdə idi. Mən həmin gün gecə qatarı ilə Bakıya qayıdası oldum. Bakı qatarına ağır yaralılarla dolu iki vaqon da qoşmuşdular. Paytaxt vağzalında yaralıları onlarla təcili tibbi yardım maşını qarşılayırdı.

 

 

– İlqar müəllim, dəfələrlə xaricdə sərgiləriniz olub. Hətta mənim yadıma gəlir ki, bir neçə il əvvəl Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə Belçika parlamentində “Qarabağ harayı fotolarda” adlı sərginiz olmuşdu. Sərgilərdə, xarici həmkarlarınızla görüşlərdə Xocalı soyqırımı ilə bağlı danışırsınızmı?

 

 

– Əlbəttə. Onlara danışıram ki, mənim çəkdiklərim Xocalı faciəsi zamanı həlak olanların və yaralananların cüzi bir hissəsidir. Çünki faciə zamanı yüzlərlə insan həlak olub, yaralanıb və əsir düşüb. Aralarında uşaqlar, qadınlar və qocalar da olan bu insanların yeganə suçu azərbaycanlı olmaları idi.

 

 

Gündüz Nəsibov, 1905.az

 

Müsahibə ilk dəfə 19 yanvar 2017-ci ildə dərc edilib

 

 

Tweet
1905.az

Oxşar yazılar

1. Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair 2. RETROSPEKTİVA – “Milyon imza, bir tələb” 3. Şamil Sabiroğlu: “Mən fotoşəkilləri göndərəndən sonra gördülər ki, doğrudan da Xocalı işğal olunub.” 4. İradə Musayeva: “Xocalı şahidləri olan və indi artıq yaşlı nəslin adamı kimi gördüyümüz adamların qoşduğu bayatılar daha çox ədəbiyyat faktı olur…” 5. Ramiz Sevdimalıyev: “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı tarixin ən müdhiş və dəhşətli faciələrindən biri Xocalıda törədildi.” 6. Ərtegin Salamzadə: “Müasir Azərbaycan incəsənətində Xocalı faciəsi ümumiyyətlə, soyqırım mövzusunun əsasını, ana xəttini təşkil edir.”
Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

Kvartet

Hansı abidələri ucalda bilsək yerinə düşər?

ELMİ JURNALLARIMIZ

Musa Yaqub (İkinci söhbət)

AİLƏ VƏ … ZORAKILIQ…

KİRAYƏ YOLU İLƏ EVƏ SAHİBLƏNMƏK?!

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

azərbaycan xalq cümhuriyyəti - 100

Müsahibə

Şamil Sabiroğlu

“Mən fotoşəkilləri göndərəndən sonra gördülər ki, doğrudan da Xocalı işğal olunub.”

İradə Musayeva

“Xocalı şahidləri olan və indi artıq yaşlı nəslin adamı kimi gördüyümüz adamların qoşduğu bayatılar daha çox ədəbiyyat faktı olur…”

Ramiz Sevdimalıyev

“Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı tarixin ən müdhiş və dəhşətli faciələrindən biri Xocalıda törədildi.”

İlqar Cəfərov

“Uşaq meyitlərinin yanında əlacsız vəziyyətdə oturmuş kişi gözümün önündən getmir.”

Ərtegin Salamzadə

“Müasir Azərbaycan incəsənətində Xocalı faciəsi ümumiyyətlə, soyqırım mövzusunun əsasını, ana xəttini təşkil edir.”

Hidayət Cəfərov

“Ermənilər Qarabağda arxeoloji qazıntılar aparırlar.”

Sütun

Fuad Babayev

6 İL VƏ 1 AY

DÜZ BİR AY BUNDAN QABAQ…

GÜNDÜZÜN YOXLUĞU

DARIXAN ADAMIN YAZISI

115 yaşlı məktəbdə bir necə saat

BİR KƏNDDƏ ÇƏKİLMİŞ İKİ FOTO

İş adamı

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Ulu öndərin xeyir-duası ilə

Anar İsgəndərov

1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı

Ramiz Sevdimalıyev

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair

Aqil Şahmuradov

Erməni Lazarevlərin saxtakarlıq maşını

Gündüz müəllim xatirələrdə

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

 

Bizim sənətçi

RETROSPEKTİVA- Nizaminin, Füzulinin bizim olduqlarını sənəti ilə sübut edən SEYFƏDDİN MƏNSİMOĞLU

– Seyfəddin müəllim, necə oldu ağacoyma sənəti ilə məşğul olmağa qərar verdiniz?

Irs

XANƏGAHDA MƏSCİD DAĞILIR…

 

Bir müddət öncə, əməkdar jurnalist Fuad Babayev sosial şəbəkələrdə Quba rayonunun Xanəgah kəndindəki XIX əsrə aid tarixi məscid binasının tamamilə dağılmaq ərəfəsində olduğunu bildirdi və həyəcan təbili çaldı.

 

Söz

Söhrab Tahir – Azərbaycan

Dağlarında axdı sular xumar-xumar,

Gəzdi sözün, şan-şöhrətin diyar-diyar.

Çəmənlərin şəfəq əmdi  hər ilk bahar

Lalələrin yanağından Azərbaycan.

Infoqrafika

Laçın rayonuna erməni təcavüzü nəticəsində dəyən zərər

+++az_lacin_infografika.jpg

Bukinist Mendel

Zərdab ətirli kitab

Bu kitabı birnəfəsə oxumaq olur.

 

Bu kitabı birnəfəsə oxumaq lazımdır.

Wallpaper

Xudavəng monastır kompleksi, Кəlbəсər rayonu

az-wall-Xudavəng monastır kompleksi-Кəlbəсər rayonu-site

© 2019 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto