Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Davamını oxu
Yearly Archives: 2014
Ermənistanın Azərbaycana təcavüzü
1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra bədnam niyyətlərini aşkarlayaraq, guya bu torpaqların qədim sakinləri olmaları barədə qondarma dəlil və sübutları ilə bütün dünyaya car çəkməyə başladılar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində genişmiqyaslı hücumları ilə əlaqədar bəyanatı – 15 aprel 1994-cü il
Fövqəladə vəziyyət məni bu bəyanatla sizə müraciət etməyə vadar etdi.
Bu il aprelin 10-dan başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının Goranboy və Tərtər rayonları istiqamətində, aprelin 11-dən isə Ağdərə və Ağdam rayonları istiqamətində yeni genişmiqyaslı hücuma keçmişlər. Bu günlər Azərbaycan bölmələri Ermənistan Respublikası silahlı qüvvələrinin sayca üstün olan hissələrinin fasiləsiz hücumlarını dəf edərək, qanlı müdafiə döyüşləri aparırlar. Ermənistan ərazisindən münaqişə zonasına 3000 nəfərədək canlı qüvvə, onlarca zirehli texnika və ağır top, o cümlədən “Qrad” qurğuları gətirilmişdir. Azərbaycanın adları çəkilən rayonlarının yaşayış məntəqələri bu qurğulardan atəşə tutulur. Həmin kəndlərdə böyük dağıntılar, mülki əhali arasında çoxlu tələfat var. Davamını oxu
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Uilyam.C.Klintona. Bakı şəhəri, 8 fevral 1999-cu il
Hörmətli cənab prezident!
Mən Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırılmasında irəliləyiş olmaması ilə əlaqədar keçirdiyim dərin narahatlığı sizə bildirmək istərdim, Azərbaycanın ərazi bütövlüyü əvvəlki kimi pozulmuş olaraq qalır, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, doğma yerlərindən zor gücünə qovulmuş bir milyon azərbaycanlı qaçqın beş ildir ki, böyük məhrumiyyətlər içərisindədir. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələri yerinə yetirilmir. Davamını oxu
Ermənilər cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi pozublar
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Davamını oxu
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı. 12 May 1999-cu il
1999-cu il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs rejimi müəyyən edilməsinə dair razılaşma əldə olunması gününün beş ili tamam olur. Davamını oxu





Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










