
2013-cü ildə 28 yaşlı Eleanor Kattonun “Ulduzlar” romanı Buker mükafatına layiq görüldü. Roman eyni zamanda 2 rekord vurdu: “Ulduzlar” mükafatın tarixində ən iri həcmli əsər oldu, müəllifsə ən gənc laureat.
Mən bu romanı rus dilinə tərcümədə məmnuniyyətlə oxumuşam. Doğrudan da, olduqca maraqlı əsərdir…
Bu yazıda mən kitabın sonundakı “Minnətdarlıqlar” bölümündən bəhs edəcəyəm.
Bu bölümdə müəllif dəstəyə və köməyə görə Yeni Zelandiya İncəsənət Fonduna, Luis Consonun Miras qalmış əmlak Fonduna, “Yaradıcı Yeni Zelandiya” agentliyinə, Teylor-Çexak və Şults ailələrinə, Ayova İncəsənət Fonduna, Kenterberi Universitetinin ingilis dili kafedrasına, Maykl Kinq adına yazıçılıq mərkəzinə, Oklend Universitetinin ingilis dili kafedrasına, Manukau Texnoloji Universitetinin bədii yaradıcılıq fakültəsinə və Ayova Yazıçılar Seminarındakı həmkarlarına və təlimçilərinə minnətdarlığını bildirir.
Xanım Katton həmçinin qeyd edir ki, “Granta” (Böyük Britaniya), “Littl, Braun” (ABŞ) və “Viktoriya yuniversiti press” (Yeni Zelandiya) nəşriyyatlarını doğma evi qədər sevir.
“Ulduzlar”ın müəllifi elə buradaca onlarla ad çəkir və etiraf edir ki, roman xeyli dərəcədə adı çəkilən insanlarla etdiyi söhbətlər sayəsində ərsəyə gəlib.
Bir sözlə, Eleanor Kattonun böyük ugur qazanması tək əldən səsin çıxmağının mümkünsüzlüyü ilə bağlı köhnə həqiqəti növbəti dəfə təsdiqləyir. Əlbəttə, müəllifin xüsusi istedada malik olması da əsla şübhə doğura bilməz.
Bəs bizdə durum necədir?
Bizim gənc və o qədər də gənc olmayan yazıçılarımız məşhur Azərbaycan filmlərindən birinin epizodik obrazlarından biri kimi kontrabasda tək ifa etmək məcburiyyətində qalmırlar ki?
İstedadlı Azərbaycan müəllifi ugur qazanacağı əvvəlcədən məlum olmayan hansısa əsər üzərində işləyərkən neçə təsisatın qapısını döyüb dəstək uma bilər? Ümumiyyətlə, belə bir təcrübə varmı?
Bəlkə əksər hallarda bizim müəllif qarşılaşdığı problemləri təkbaşına həll etməli olur? Ola bilsin bu səbəbdən dünya miqyaslı uğurlarımızın sayı lazım ola biləcəyindən xeyli azdır?
Bilmirəm.
Doğrudur, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə ötən ilin dekabrında APA-ya verdiyi geniş müsahibədə yeni müəlliflər yaratmalı olduqlarını vurgulayıb və qeyd edib ki, Azərbaycanda kifayət qədər ciddi əsər yazmış müəllif axtarır.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











