Aparıcı: Fuad İlyas oğlu Babayev, 1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakultəsinin məzunu, Qərb Universitetində Politologiya kafedrasının müəllimidir. “Space” müstəqil televiziya şirkətinin xəbərlər departamentinin direktor müavinidir.
Fuad Babayevin çıxışı
Möhtərəm cənab prezident!
Hörmətli görüş iştirakçıları!
Respublikamızın hüdudlarından kənarda ali təhsil almış hər bir azərbaycanlı üçün bu gün son dərəcə əlamətdar gündür. Bu günün əhəmiyyəti barədə məndən qabaq çıxış edən şəxslər neçə-neçə dəyərli, yaddaqalan fikirlər söylədilər. Bunlardan sonra, xüsusilə gözəl sənət adamı və həddən artıq parlaq şəxsiyyət olan Ayaz Salayevdən sonra çıxış etmək nə qədər çətin olsa da, mən Sizin icazənizlə çıxış etmək istəyirəm.
Mən ilk növbədə bir məqamı vurğulamaq istəyirəm. Biz respublikanın hüdudlarından kənara ali təhsil almağa göndərilərkən diqqət Azərbaycanda olmayan ixtisasların mənimsənilməsinə yönəldilirdi. Mən Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakultəsində təhsil alarkən bunu bilir və digər tələbə yoldaşlarım kimi məsuliyyətimi dərk edirdim.
1992-ci ildə universiteti politoloq ixtisası üzrə bitirəndə və fakultə rəhbərləri diplomu bizə təqdim edəndə deyirdilər ki, siz keçmiş SSRİ məkanında politoloq ixtisasına yiyələnmiş ilk diplomlu mütəxəssislərsiniz. Mən o zaman Heydər Əliyev uzaqgörənliyinin, müdrikliyinin növbəti dəfə şahidi oldum. Azərbaycan prezidenti tərəfindən vaxtilə atılmış addım öz bəhrəsini həm də ilk diplomlu politoloqlar sırasında azərbaycanlıların da olmasında verdi.
Sovet İttifaqının süqutu, Azərbaycanın sayagəlməz əziyyətlər, məhrumiyyətlər bahasına öz müstəqilliyini əldə etməsi başa çatmaqda olan əsrin ən yaddaqalan hadisələrindən biridir və təbii ki, bizim üçün birincisidir. Yetmiş il ərzində az qala bütün dünyaya meydan oxuyan rejim süquta uğradı. Nə qədər təəccüblü, paradoks səslənsə də, öz qəbirqazanlarını da özü yetişdirdi. Keçmiş Rusiya ali məktəblərində, Sovet İttifaqının ən qabaqcıl tədris müəssisələrində təhsil alan azərbaycanlılar, bəzilərinin iddia etdikləri kimi, ifrat kosmopolitizmə yuvarlanmadılar. Əksinə, yeni Azərbaycanın təəssübünü çəkən, bu torpağın tərəqqisi naminə əlindən gələni əsirgəməyən vətəndaşlar kimi çalışmağa başladılar.
Bu gün Azərbaycan politologiyası öz qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlir. Kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq Azərbaycan politologiyasının tətbiqi sahəsində diqqəti çəkən nailiyyətlərin əldə olunmasını mümkün etmişdir.
Mən sözümün sonunda bir məqamı da vurğulamaq istəyirəm. Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Bu fərman Azərbaycanın dördüncü hakimiyyətinin mövqelərinin daha da güclənməsini, rəqabət qabiliyyətli nəşrlərimizin yaranmasını və sürətlə inkişaf etməsini təmin edəcək amillərdən biri kimi diqqəti çəkir.
Biz Azərbaycan politologiyasının və dördüncü hakimiyyətinin sıx əməkdaşlığına inanırıq. Şübhə etmirik ki, yeni əsrin astanasında yaşayan Azərbaycana siyasət elmlərinin və kütləvi informasiya vasitələrinin, nəşrlərinin əməkdaşlığı çox şey verəcəkdir.
Mən sözümün sonunda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə vaxt tapıb bu görüşdə iştirak etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, icazənizlə, bu gözəl və hər birimizin yadında əbədi qalacaq görüşün təşkilatçılarına da minnətdarlığımı çatdırım. Diqqətinizə görə sağ olun.
“Azərbaycan”, №202, 3 sentyabr 1998-ci il
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










