Yearly Archives: 2014
Ermənistanın Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etməsindən 21 il ötür
Köçkün düşərgəsində bir gün (FOTOQALEREYA)
Fotoqraf: Elnur Babayev
Elnur Babayev 1962-ci ildə Bakıda anadan olub. 1981-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1988-ci ildən etibarən xarici jurnallar üçün fotolar çəkib. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. 1995-ci ildə UNİCEF-in, o cümlədən World Press Photo və Mother Jones foto müsabiqələrinin qalibi olub. ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Avstriyada, Tunisdə, Finlandiyada, Rusiyada keçirilən fərdi və qrup sərgilərində fotoları nümayiş olunub. Elnur Babayevin çəkdiyi fotoların bir qismi dövlət muzeylərində, şəxsi kolleksiyalarda o cümlədən Vyanadakı “Niederosterreich Landers Museum”da, Parisdəki Fransanın Mədəniyyət Nazirliyinin qalereyasında, Moskvadakı Muasir İncəsənət Muzeyində saxlanılır.
“Köçkün düşərgəsində bir gün” albomundakı fotolar 1996-cı ildə, İmişli və Saatlı rayonlarındakı məcburi köçkünlərin məskunlaşdıqları çadır düşərgələrində çəkilib. Burada erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonundan olan məcburi köçkünlər yaşayırdı. Qeyd edək ki, 2003-2008-ci illərdə həyata keçirilən dövlət proqramı çərçivəsində bütün çadır düşərgələri ləğv edilib. Davamını oxu
Zahid Hacıyev: “Torpaqlarımız döyüşsüz itirilmirdi”
Həmsöhbətimiz istefada olan zabit, Cəbrayıl uğrunda döyüşlərin iştirakçısı Zahid Hacıyevdir. Davamını oxu
Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu işğal ərəfəsində ərazidən çıxarılmış və hazırda Bakı şəhərində fəaliyyət göstərən “İstiqlal” muzeyində mühafızə edilir. Davamını oxu
“Cihad” kitabı və üzü tüklü gənc
İctimai nəqliyyatda kitab oxumağın ayrı ləzzəti var. Mən bu imkandan tez-tez istifadə edirəm. Metro vaqonlarında qət etdiyim minlərlə kilometr sayəsində indiyə qədər onlarla kitab oxuya bilmişəm. Məlumatımı artırmışam. Üstəlik, məhz metroda kitab oxumağım sayəsində ən azı bir maraqlı hadisənin şahidi, hətta iştirakçısı ola bilmişəm. Davamını oxu









Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










