Yearly Archives: 2014
ATƏT təmas xəttində monitorinq keçirəcək
Mövqelərimiz iki istiqamətdə atəşə tutulub
Cəbhə xəttində gərginlik davam edir
AŞPA-da Sərsəngin işğalıyla bağlı ilk rəsmi məruzə hazırlanacaq
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidməti AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinin aprel ayının 6-da Avropa Şurasının Sədarət Komitəsində müzakirə olunması və müsbət qərarı barədə bir az əvvəl məlumat vermişdi. Qeyd edilmişdir ki, Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihələri buna qədər 2 dəfə erməni lobbisinin səyləri nəticəsində bu mərhələni adlaya bilməmişdi. Davamını oxu
Soyqırımı Beynəlxalq Fərdi Cinayət Məsuliyyəti Doğuran Cinayətdir
Müasir dövrdə cəzasızlıq mühitinin formalaşması törədilən cinayətləri adiləşdirir və tədricən cəmiyyət bunu normal qəbul etməyə məcbur olur. Bəşəriyyəti təhlükə ilə üz-üzə qoyan soyqırımı və insanlıq əleyhinə cinayətlər beynəlxalq sülhə və təhlükəsizliyə qəsd edən əməllərdi. Bütün sahələr üzrə inkişaf edən sivilizasiyalı cəmiyyətdə belə cinayətlərin baş verməsi arzuolunmazdır.
Təəssüflə qeyd etməliyik ki, bu həm də qaçılmazdır. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası 90-cı illərin əvvəllərindən indiyə qədər demək olar ki, bu təhlükə ilə üz-üzə qalıb. XX əsrin müxtəlif vaxtlarında dövlət siyasəti və ya planı formasında azərbaycanlılara qarşı təmizləmə siyasəti aparılıb. Bu siyasi pərdənin arxasında dayanan güc məhz Ermənistanın birbaşa iştirakı ilə soyqırımı cinayətini törədib. Davamını oxu
Rey Kərimoğlu: Beynəlxalq donorların Azərbaycanda apardığı məkrli siyasətin qarşısı alınmalıdır
Rey Kərimoğlu 1967-ci ildə Ağdam rayonunda anadan olub. Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib. Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Ağdam – Əskəran istiqamətindəki yürüşdə iştirak edib. 2-ci qrup Qarabağ əlilidir. Davamını oxu





Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










