Ermənistan silahlı bölmələri martın 31-də və aprelin 1-nə keçən gecə İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərindən Azərbaycan ordusunun Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərini atəşə tutublar.
Yearly Archives: 2014
İşğalçı Ermənistan Ordusu Azərbaycanın mövqelərini intensiv atəşə tutub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutub. Davamını oxu
Xocalı
31 mart soyqırımı günü ərəfəsində jurnalistlər Bakıdan Şamaxıya aparılıb
Modern.az saytı xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart soyqırımı günü ərəfəsində Şamaxıya press-tur təşkil edib.
Səfər çərçivəsində ilk olaraq AVCİYA rəhbərliyi və jurnalistlər Qobustan rayonunun Acıdərə kəndində Qafqaz İslam Ordusu zabitinin qəbrini ziyarət ediblər. Sonra isə jurnalistlər Şamaxı rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar və burada muzey əməkdaşları tərəfindən KİV nümayəndələrinə Şamaxının tarixi, coğrafiyası və digər barədə məlumat verilib. Davamını oxu
31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxıya press-tur təşkil edilib
Şamaxı. Elvin Yaqubov-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxı rayonuna press-tur təşkil edib.APA-nın məlumatına görə tarixçilər, arxeoloqlar, eləcə də televiziya, qəzet, informasiya agentliyi və xəbər portallarını təmsil edən 50 nəfərdən ibarət nümayəndə heyəti əvvəlcə Qobustan rayonunun Acıdərə kəndi ərazisindəki şəhid türk zabitinin məzarını ziyarət edib. Media işçiləri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin zəngin eksponatları ilə tanış olublar. Sonra Şamaxının Şərədil, Saqiyan və Mirikənd kəndlərində 1918-ci il 31 mart- 3 aprel tarixlərində ermənilərin törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətləri dinlənilib, insanların xüsusi amansızlıqla qətlə yetirildiyi yerlərə baxış keçirilib. Davamını oxu






Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










