
Avqustun 26-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İinkişafına Yardım Assosiasiyasının (AVCİYA) 26 sentyabr 2016-cı tarixində keçiriləcək referendumla bağlı uzunmüddətli müşahidə ilə əlaqədar mətbuat konfransı oldu.
Mətbuat konfransını giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov qeyd etdi ki, AVCİYA yarandığı ildən başlayaraq seçkilərin və referendumun müşahidəsini həyata keçirir. Bu baxımdan 26 sentyabrda keçiriləcək referendum da istisna deyil. E.Salmanov qeyd etdi ki, AVCİYA artıq referendumla bağlı üzunmüddətli müşahidəyə start verib, Avropanın qabaqcıl ölkələrinin qanunvericiliyinin müqayisəli təhlilini aparıb və bu təhlili kitabça kimi nəşr edib. Kitabçada Referendumda Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklərin Fransa, Niderland, Norveçin qanunvericiliyi ilə müqayisəsi verilib. Davamını oxu →