Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı (Berg-Karabach. Aus den Quellen erforschte Geschichte) İsveçrənin “Publishing Partners” nəşriyyatı tərəfindən alman dilində çap olunub. Davamını oxu
All posts by Dadash Musayev
Azərbaycanın 738 tarixi abidəsini və 28 muzeyini Ermənistan məhv edib
Xalqımıza məxsus 83 500 ədəddən çox eksponat, 14 xatirə kompleksi və 1891 maddi-mədəniyyət resursu da düşmənin işğalçılıq siyasəti nəticəsində talan olunub
AVCİYA məktəb və valideyn əməkdaşlığının təkmilləşdirilməsi istiqamətində layihə icra edir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dialoq: ailə və məktəb əməkdaşlığının təkmilləşdirilməsi” layihəsinin icrasına başlamışdır. Davamını oxu
Ermənistan yaşayış məntəqələrimizi atəşə tutmasını təsdiq etdi
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb. Davamını oxu
Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək layihəsinin icrasına başlandı
Mayın 17-də “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yeni Həyat – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlayıb. Bu məqsədlə keçirilən mətbuat konfransını giriş sözü ilə layihənin hüquqşünası Şahin Camalov açdı. Layihənin mahiyyəti barəsində danışan Şahin Camalov bildirdi ki, əsas məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onların qarşılaşdıqları hüquqi, psixoloji və sosial problemlərin həllinə kömək etməkdir. Ş.Camalov qeyd etdi ki, bununla bağlı olaraq 1, 4 və 15 saylı cəzaçəkmə müəssisələrində məhbuslarla görüşlər keçirilib və layihə onlar tərəfindən razılıqla qarşılanıb. Qeyd olunub ki, indiyədək 20 keçmiş məhkuma psixoloji və hüquqi yardım göstərilib və bunun davamlı olacağı gözləniləndir. Davamını oxu
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Davamını oxu










Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib











