Mayın 8-də Azərbaycanın Braziliyadakı səfirliyində Katolik Universitetində hüquq təkmilləşdirmə kurslarında iştirak edən, bu ölkənin müxtəlif regionlarında prokurorluq sistemində çalışan 14 əməkdaş və universitetin professor-doktoru Leyla Bijos ilə görüş keçirilib. Davamını oxu
All posts by Dadash Musayev
Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalının ildönümü ilə əlaqədar bəyanat yayıb
Azərbaycanın Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalının ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Nazirlikdən məlumat verilib. Bəyanatda deyilir: Davamını oxu
Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş bir qrup hərbçi və mülki şəxs həbs edilib
Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb. Davamını oxu
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Şuşanın işğal ildönümü ilə bağlı bəyanat yayıb
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb. Davamını oxu
Elmira Şahtaxtinskaya
Elmira Şahtaxtinskaya 25 oktyabr 1930–cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir.
Rəssam xanım daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır.
70–ci illərdə çəkdiyi “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80–ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.
E.Şahtaxtinskaya “Şərəf nişanı” ordeni ilə təltif edilmiş, 1963–cü ildə əməkdar incəsənət xadimi, 1977–ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdür.
13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
















Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib











