Aprelin 24-də “Azərkitab” kitab təbliğatı mərkəzində Xaqani İsmayılın “Ermənilərin digər xalqlara qarşı törətdiyi soyqırımlar” adlı kitabının təqdimat mərasimi olub. Tarixçi və jurnalistlərin, eləcə də diplomatik korpus nümayəndələrinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan jurnalist Ramiz Əsgər X.İsmayılın fəaliyyəti barəsində iştirakçıları məlumatlandırıb. Kitabın müəllifi Xaqani İsmayıl kitab üzərində iş prosesindən, ermənilərin Birinci dünya müharibəsi dövründə yunanlara, sonrakı dövrdə Qafqazda almanlara, eləcə də Abxaziyada gürcülərə və digər millətlərə qarşı törətdiyi əməllərdən, İkinci dünya müharibəsi dövründə faşistlərin yaratdığı “erməni legionu”nun fəaliyyətindən danışıb. Ermənilərin torpaq iddialarının coğrafiyasından bəhs edən müəllif xain qonşularımızın “dənizdən-dənizə Böyük Ermənistan” ideyası ilə kifayətlənmədiklərini, İranın şimalı və Xəzərin şərqinə də iddialı olduqlarını vurğulayıb. Davamını oxu
All posts by Dadash Musayev
Saxta göz yaşları və əsl həqiqətlər
Tarixin XXI yüzilliyinin ikinci onilliyidir. Zaman çox qaranlıq məqamların üstündən pərdəni götürüb, çox mətləblərə aydınlıq gətirib. Dünya bir yerdə durmur, öz məhvərində fırlandıqca fırlanır, dəyişdikcə dəyişir. Ədalət öz taxtında yerini möhkəmlətməkdədir. Lakin ermənilər hələ də öz uydurduqları yalanları ayaq tutub yeritməyə çalışırlar. Bunun üçün saxta göz yaşları tökərək vay-şivən qoparır, özlərinə tərəfdaşlar axtarırlar. Davamını oxu
Dövlət Komissiyası: Erməni girovluğunda olan azərbaycanlıların müayinəsi üçün beynəlxalq həkimlər dəvət ediləcəyi bildirilib
“Azərbaycan-Ermənistan, Dağlıq-Qarabağ münaqişəsi nəticəsində Dövlət Komissiyasının qeydiyyatında olan itkin düşmüş azərbaycanlıların sayı 3868 nəfərdir”.
APA-nın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. Davamını oxu
Bakıda “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda konfrans keçirilib
Aprelin 24-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Davamını oxu
Soyqirim
AVCİYA-nın layihəsi çərçivəsində BDU-da növbəti debat keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsini həyata keçirir. Davamını oxu


















Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib











