N.Nərimanov: “Bizə deyirlər: siz tamamilə mübahisəsiz əraziləri Azərbaycan üçün təmin edə bilmirsiniz, amma Şərqin azad edilməsindən dəm vurursunuz”.
All posts by Dadash Musayev
Aleksandr Lapşinin həbs müddəti üç ay uzadılıb
Bloqer Aleksandr Lapşinin həbs müddəti uzadılıb.
Bu barədə APA-ya bloqerin vəkili Eduard Çernin bildirib.
Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə A.Lapşinin həbs müddəti 3 ay artırılıb. Davamını oxu
AVCİYA Ermənistanın BMT-yə təqdim etdiyi hesabata alternativ hesabat verdi
24 aprel – 12 may 2017-ci il tarixlərində BMT-nin İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi Komitəsində Ermənistanın 2010-2015-ci illər üçün dövrü hesabatı müzakirə ediləcəkdir. Ermənistan dövləti bu hesabatında Irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT Konvensiyasının tələblərinin təmin edilməsi vəziyyəti – qaçqınlar, milli azlıqlara qarşı ayrıseçklik, dini tolerantlıq və sair barədə məlumat vermişdir. Lakin həmişə olduğu kimi, bu hesabatda da Ermənistan öz yalanları ilə, mövcud duruma müsbət don geyindirməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. AVCİYA Ermənistanın adı çəkilən hesabatına alternativ hesabat hazırlayaraq 6 (İngilis, Rus, İspan, İtalyan, Ərəb, Fransız) dildə BMT-yə təqdim etmişdir. AVCİYA-nın bu hesabatında Ermənistanın növbəti yalanları, saxtakarlıqları tam ifşa edilmişdir. Alternativ hesabat artıq BMT-nin rəsmi internet resursunda yerləşdirilmişdir. Davamını oxu
Füzulidə “Aprel şəhidlərinə xatirə” abidəsi açılıb
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərində Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zəfər yürüşü keçirilib, “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub. Davamını oxu
Prezident İlham Əliyev “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar. Davamını oxu
Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqəmizi atəşə tutub
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Davamını oxu










Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib











