Rusiya Xarici İşlər Nazirliyi Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə əlaqədar məlumatlara rəsmi münasibət açıqlayıb. Davamını oxu
All posts by Dadash Musayev
Ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkili yoxlanılıb
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə davam edən səfəri zamanı Müdafiə nazirliyinin rəhbərliyi bilavasitə ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkilini yoxlayıb. Davamını oxu
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər. Davamını oxu
İlyas Babayev: “Qafqaz Albaniyası dövründə Qarabağda ermənilər yaşamayıb”.
Həmsöhbətimiz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayevdir.
Millət vəkili Elxan Süleymanov təqaüdçüləri və onların valideynləri ilə görüşüb ( Fotolar)
Şamaxının millət vəkili Elxan Süleymanov son illər ərzində yüksək balla ali məktəblərə daxil olmuş şamaxılı gənclərlə və 2011-ci ildən bəri Şamaxı məktəbliləri arasında hər il keçirilən, Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqələrinin qalibləri ilə görüşüb. Təsis etdiyi təqaüdü alan 100-ə yaxın gənci, eləcə də onların valideynlərini Novruz bayramı münasibətilə təbrik edən Elxan Süleymanov sovqatlarını təqdim edib. Davamını oxu
HACIYEV Fərhad İbrahim oğlu
Fərhad Hacıyev (1929, Şamaxı ş. – 1987,Bakı) – Azərbaycanın ilk bərpaçı-rəssamı. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskvada Surikov adına Ali Rəssamlıq İnstitutunu bitirmişdir. İnstitutda oxuduğu illərdə Drezden qalereyasında sərgilənənməşhur Novqorod,Pskov, Vladimir və Suzdal ikonalarını, Kiyevin “Müqəddəs Sofiya” kilsəsinin mozaik kompozisiyalarını,Vilnüsdən Çürlyonisin qrafik əsərlərini,Ermitaj muzeyinin, Tretyakov qalereyasının, A.S.Puşkin adına İncəsənət Muzeyinin müxtəlif yağlı boya tablolarını bərpa və konservasiya etmişdir. 1957 ildə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində ilk bərpaçı-rəssam kimi işə başlamışdır. Muzeydə fəaliyyət göstərdiyi çox qısa bir zamanda 100-dən artıq yağlı boya tablolarının bərpa və konservasiyasını həyata keçirmişdir. 17 əsr holland rəssamlarının, 19-20 əsr Azərbaycanın məşhur rəssamlarından B.Kəngərli, Ə.Əzimzadə, M.Nəvvab, M.Abbasov, M.Cavadov və T.Cavadov qardaşları, T.Nərimanbəyov, T.Salahov, M.Abdullayevin, rus rəssamlarından Tropinin,Korovin, Ayvazovski, Borovikoski, Kandinskiy, Şaqal, Vereşagin, Maşkovun, xarici rəssamlardan A.de Şarto, J. Düpre, Y.Stık və başqalarının əsərlərini ustalıqla bərpa etmişdir. Xüsusilə 1959-60 illərdə bərpa və konservasiya əməliyyatlarını icra etdiyi rus rəssamı İ.Brodskinin fırçasına məxsus olan “Hacı Zeynalabdin Tağıyevin” portreti bərpaçı-rəssama böyük uğur gətirmişdir. 1970 ildə YUNESKO-nun nəzdində olan İKOM beynəlxalq cəmiyyətinin üzvü seçilmiş, bir sıra ümumittifaq və beynəlxalq konfranslarda, seminarlarda fəal iştirak etmişdir.







Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib











