Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsinin icrasına başlayıb. Martın 13-də Beynəlxalq Mətbuat Mərkəzində layihə çərçivəsində “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin rolu” mövzusunda ilk tədbir keçirilib. Davamını oxu
All posts by Dadash Musayev
Hərbi qulluqçumuz şəhid olub
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
http://mod.gov.az/az/news/herbi-qulluqcumuz-helak-olub-17917.html
“Qeyri-müəyyən vəziyyət”in olduğu bir vaxtda azərbaycanlı deputat Süleymanov Avropa Şurasında genişmiqyaslı yeni meyarlara çağırış edir
finance.yahoo.com, prnewswire.com və digər dünya saytlarında “Qeyri-müəyyən vəziyyət”in olduğu bir vaxtda azərbaycanlı deputat Süleymanov Avropa Şurasında genişmiqyaslı yeni meyarlara çağırış edir” adlı məqalə dərc edilib.
Məqalənin mətnini oxucularımıza təqdim edirik.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Prezidenti, azərbaycanlı deputat və AŞPA üzvü Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bütün üzvlərinə ünvanladığı açıq məktubda hazırda institute daxilindəki “qeyri-müəyyən vəziyyəti” nəzərə alaraq, genişmiqyaslı islahatlara çağırış edib. Davamını oxu
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib
Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.
“Azərbaycan Respublikası Xatirə Kitabı”: Yaddaşımızın kitab abidəsi
Respublika Veteranlar Təşkilatı Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi böyük töhfələr, milli atıcı diviziyalarımızın şanlı döyüş səlnaməsi, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlar və keçdikləri şərəfli mübarizə yolunun təbliğini daim diqqət mərkəzində saxlayır. Bu sahədə mühüm işlərdən biri “Azərbaycan Respublikası Xatirə Kitabı”nın yaradılmasıdır. Davamını oxu
Meksikanın Notimeks agentliyi erməni təcavüzündən bəhs edən məqalə yayıb
Meksikanın Notimeks rəsmi xəbərlər agentliyi Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovla müsahibəyə istinad edərək “Azərbaycan – onilliklər ərzində sülh axtaran xalq” adlı məqalə yayıb. Davamını oxu










Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











