Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı. Davamını oxu
All posts by Dadash Musayev
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının 25 ili tamam olur. Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Davamını oxu
Azərbaycan Prezidenti İlham Əliyev Qətərə rəsmi səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gəlib. Davamını oxu
Ankarada Xocalı soyqırımına həsr olunmuş elmi konfrans keçirilib
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Türkiyədə fəaliyyət göstərən Tələt Paşa Komitəsinin birgə təşkilatçılığı ilə fevralın 25-də Ankarada Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı elmi konfrans keçirilib.
Əvvəlcə Türkiyə Mədəniyyət Nazirliyinin Ankara Türk Dünyası Musiqi Ansamblının musiqi qrupunun şəhidlərin xatirəsinə ithaf edilən ifaları olub.
Konfransda rəsmi şəxslər, diplomatlar, beynəlxalq dərəcəli hüquqşünaslar və vəkillər, deputatlar, tanınmış alimlər, o cümlədən uydurma “erməni soyqırımı” və onun ayrı-ayrı istiqamətləri üzrə tanınmış tədqiqatçılar, QHT və KİV nümayəndələri, çoxlu sayda tələbə iştirak edib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarını xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən film göstərilib.
Konfransın açılışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov, Türkiyə Vəkillər Kollegiyasının sədri, professor Mətin Feyzioğlu və Tələt Paşa Komitəsinin sədri, təqaüddə olan general-leytenant Ali Erdinc çıxış ediblər.
Panellərdə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikası hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov, professorlar Kərim Şükürov, Cəbi Bəhramov, Cəmaləddin Taşkıran, doktorlar Ömər Lütfü Taşçıoğlu, Güntekin Nəcəfli və İradə Əliyeva, tədqiqatçı-publisistlər Fuad Babayev, tədqiqatçı-yazıçı Sean Patrik Smit və başqaları çıxış ediblər.
Konfrans XIX əsrin sonlarından başlayaraq erməni millətçi dairələri və din xadimlərinin təşkilatçılığı ilə Anadoluda və Azərbaycanda müsəlman-türk xalqlarına qarşı törədilən ağır cinayətlər, soyqırımları, terror aktları, o cümlədən hazırda Azərbaycan ərazisinin bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması, saxta “erməni soyqırımı” mövzusu, Xocalı soyqırımı, bu faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində qarşıda duran vəzifələr və s. məsələlər ətrafında müzakirələrlə başa çatıb. Vurğulanıb ki, uydurma “erməni məsələsi”ndən ortaya çıxan bütün bu proseslər ətrafında Azərbaycan və Türkiyənin daha sıx təmaslarla birgə fəaliyyəti qarşıda duran mühüm vəzifələr sırasındadır.
Tədbir çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizminin ayrı-ayrı məqamları, Xocalı soyqırımı, o cümlədən uydurma “erməni soyqırımı” iddialarının əsassızlığı ilə bağlı müxtəlif dillərdə çapdan çıxan kitablar, digər nəşrlər iştirakçılara paylanılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı KİV-ə çağırış edib
Azərbaycan Mətbuat Şurası (MŞ) cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə (KİV) çağırış edib.
APA-nın xəbərinə görə, MŞ sədri Əflatun Amaşov yaydığı açıqlamada hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayıb.
“Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər”, – deyə sədr qeyd edib.
Ə. Amaşov bildirib ki, “pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar”: “Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin “aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik”.
MŞ sədri medianı Müdafiə Nazirliyinin açıqlamalarını gözləməyə çağırıb.
XİN: Cəbhədəki gərginlik Ermənistanın “referendum” kimi siyasi təxribatlarının davamıdır

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb. Davamını oxu










Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











