1988-ci ilin avqustu. Sovet İttifaqı 66 ildir ki, mövcuddur. Üç ildən çoxdur ki, Qorbaçovun “perestroyka”sı davam edir. Berlin divarı hələ uçurulmayıb. Bu hadisə hələ 1989-cu ilin 9 noyabrında baş verəcək. Akademik Aqanbekyanın “Qarabağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana” fikri az qala bir ildir ki, səsləndirilib. Sumqayıt hadisələrindən yarım il keçir. Və cəmi il yarımdan sonra “Qara yanvar” gələcək… Davamını oxu
All posts by Dadash Musayev
“Kaspi” qəzetinin 135 yaşı tamam olur
Böyük ənənələrə malik “Kaspi” qəzetinin 135 yaşı tamam olur. Nəşr olunduğu bütün dövrlərdə “Kaspi” nüfuzlu mətbuat orqanı kimi seçilib. Görünüş etibarilə dəyişsə də, qəzet mövzulara münasibətdə yenə də əvvəlki peşəkarlığı qoruyur, ənənələrə sadiqdir. Bu gün Azərbaycan informasiya mühitini “Kaspi” qəzeti olmadan təsəvvür etmək mümkün deyil. Dəyərli həmkarlarımızı bu əlamətdar tarix münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları diləyirik.
1905.az
www.1905.az portalında Fuad Hüseynzadənin “Dünya Azərbaycanlılarının palitrası” kitabı müzakirə olunub
Dekabrın 9-da www.1905.az portalının “Kvartet” rubrikasında Fuad Hüseynzadənin “Dünya Azərbaycanlılarının palitrası” kitabı müzakirə olundu. Kitabın müəllifi, Azərbaycan Diapor Jurnalistləri Birliyinin rəhbəri Fuad Hüseynzadənin, jurnalist Aida Eyvazlının, portalın direktoru, əməkdar jurnalist Fuad Babayevin və icmalçı Gündüz Nəsibovun iştirak etdiyi müzakirələrə Ümumrusiya Azərbaycanlıları Konqresinin Krasnoyarsk şöbəsi üzrə sədr müavini Ələkbər Qarayev və Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, Moskvada yaşayan gənc diaspor üzvü Toğrul Alahverdili “Skype” vasitəsilə qoşuldular. Davamını oxu
Monitorinq baş tutdu
Müdafiə Nazirliyinin saytina istinadən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 8-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
http://mod.gov.az/index2.php?content=news/2016/20161208_monitorinqbitdi
«İki od arasında»… Və «yenə»…

Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanı böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunub və “Azərbaycan” jurnalının bu ilki sentyabr-oktyabr saylarında nəşr edilib. Roman ədəbiyyat çevrələrinin və zövqlü oxucuların diqqətini çəkib.
İndi sizə professor Nizami Cəfərovun əsər barədə ədəb-tənqidi qeydlərini təqdim edir və inanırıq ki, onun bu məqaləsi geniş oxucu dairəsi üçün diqqətələyiq izlər qoyacaq… Davamını oxu
Rumıniya xəbər agentliyi : Dağlıq Qarabağda erməni vandalizmi video və fotolarda

Rumıniyanın “Amos News” xəbər agentliyi öz saytında Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın işğal altında olan torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri aydın göstərən videosunu və fotolarını yerləşdirib. Həmin video və fotolar Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində – Dağlıq Qarabağda, Sədərək rayonunun Kərki kəndində, Zəngilan rayonunun Məmmədbəyli kəndində, Laçın və Kəlbəcər rayonlarında, Cəbrayıl rayonunun Xələfli və Qumlaq kəndlərində və s. yerlərdə çəkilib. Davamını oxu








Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











