Müasir dünyada baş verən qlobal iqtisadi böhrana və siyasi kataklizmlərlə zəngin proseslərə nəzər saldıqda, bəşəriyyətin zorakılıq, dözümsüzlük və qəddarlıqla müşayiət olunan terrorçuluqla, habelə milli və dini zəmində gerçəkləşdirilən soyqırımı ilə sınağa çəkildiyini görürük. Yaşadığımız XXI əsrdə Yaxın Şərqdə və bir qayda olaraq, İslam ölkələrində baş verən hərbi münaqişələr və döyüşlər hər gün çoxsaylı insan tələfatı ilə nəticələnir. Davamını oxu
All posts by Dadash Musayev
Azərbaycan çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib
Forumun “dəyirmi masa”larından biri də qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunub
Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda “dəyirmi masa” keçirilib. Davamını oxu
V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub
V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub.
APA-nın məlumatına görə, dünyanın müxtəlif ölkələrindən Bakıya toplaşan siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğunu, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan ediblər. Davamını oxu
Mikayıl Cabbarov: “Qarabağ münaqişəsi nəticəsində 700-ə yaxın təhsil müəssisəsi dağıdılıb”

“Azərbaycan torpaqlarının işğalı, insanların öz yurdlarından didərgin düşməsi təhsilə də təsirsiz ötüşməyib”.
APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda keçirilən dəyirmi masada deyib. O bildirib ki, ümumilikdə münaqişə nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağılıb: “Məktəb və şagirdlərin hədəf alınması, təmas xəttində atəşkəsin pozulması bu gün də davam edir. Məktəbli Fariz Bədəlovun 2011-ci ildə erməni snayperinin atəşi nəticəsində öldüyünü hamı xatırlayır. Bu ilin aprelində də Ermənistanın atəşkəsi pozması nəticəsində məktəb və şagirdlər hədəfə götürülüb”. Davamını oxu
Elxan Süleymanov: Avronest PA ilə əməkdaşlığın bərpası ilə ölkəmizə qarşı siyasi təzyiqlərin yeni dalğası başlayacaq
Avronest PA Aİ-nin Şərq Tərəfdaşlığı proqramının ən uğursuzluğa uğramış və xələl gətirən bir təsisatıdır. Bu təsisat beynəlxalq dialoq üçün yeni platformalar yaratmaq cəhdi idi. Lakin qərarsızlıq, qərəzli diskurs və ikili standartlar bu təsisatı yararsız bir quruma çevirdi. Avronest PA Aİ-nin köməyi ilə Şərq Tərəfdaşlığı ölkələrinə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) təsir göstərən əsas problemlərin ümumi həll yolunu tapmaq əvəzinə, heç bir nəticəsi və icraat qüvvəsi olmayan sonsuz qeyri-müvafiq müzakirələrlə məşğuldur. Davamını oxu
Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”

“Azərbaycanın tarixi Qarabağ bölgəsi və ətrafdakı 7 rayon işğal edilib. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Xocalıda öldürülənlər arasında xeyli qadın və uşaq olub”.
APA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. Davamını oxu







Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











