Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı Uzunmüddətli Müşahidəsini həyata keçirir. Assosiasiya bu işin icrasına 26 iyun 2016-cı il tarixdən başlayıb və 2016-cı ilin 26 avqustda İlkin Hesabatını ictimaiyyətə təqdim edib. Assosiasiya Uzunmüddətli Müşahidə ilə bağlı Aralıq Hesabatını bu gün, 21 sentyabr 2016-cı il tarixində geniş ictimaiyyətə açıqlayıb. Aralıq Hesabat 26 iyul-21 sentyabr 2016-cı il tarixini əhatə edir. Aralıq hesabatda Azərbaycan Respublikasında keçirilmiş referendumlar haqqında məlumat, Referendumqabağı siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və 2 radio (İctimai radio, Azadlıq radiosu), 9 qəzet ( 3 iqtidar-Azərbaycan, Xalq, Бакинский рабочий, 3 neytral- 525-ci qəzet, Ədalət, Şərq qəzeti, 3 müxalifət- Azadlıq qəzeti, Yeni Müsavat, Xalq Cəbhəsi) və 2 informasiya agentliyinin (Apa.az, Turan.info) monitorinqi öz əksini tapıb. 13 KİV-də iyulun 26-dan-sentyabrın 21-nə kimi Referendumla bağlı 958 məlumat, məqalə, müsahibə verilib. Bunlardan 427-də Referenduma müsbət, 398-də neytral, 101-də isə mənfi münasibət öz əksini tapıb. Referendumla bağlı bir ay ərzində ən çox məlumat Azərbaycan qəzetində (262), İctimai radioda (107), Yeni Müsavat qəzetində (90), Azadlıq radosuda (86) verilib. Davamını oxu
All posts by Dadash Musayev
120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatından Ermənistana zərbə
Sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında XVII Sammiti keçirilib. Davamını oxu
Elnur Eltürk: “Yeni yaranan təşkilatlarla köhnə təşkilatlar arasında xırda anlaşılmazlıqlar olur.”
“Qarabağın arxeoloji abidələri toplusu”nun I cildi nəşr edilib
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədovun müəllifi olduğu “Qarabağın arxeoloji abidələri toplusu”nun I cildi nəşr edilib. Davamını oxu











Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











