İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri İsrail-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıması faktını bir daha təsdiq edir. Davamını oxu
All posts by Dadash Musayev
Millət vəkili Elxan Süleymanov 14 tələbəni təbrik etdi
Şamaxının millət vəkili Elxan Süleymanov sentyabrın 10-da rayon mərkəzindəki qərargahında yüksək balla ali məktəbə daxil olmuş Şamaxı məktəblərinin məzunları ilə görüşüb. Davamını oxu
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.
Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Eyni zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin də müstəsna rolu olmuşdur.
Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Əziz bacı və qardaşlarım!
Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2016-cı il.
Muzey qədim dövrlərə aid yeni eksponatlar əldə edib
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi qədim dövrlərə aid yeni eksponatlar əldə edib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, antik eksponatlar Şəmkir-Qaracəmirli beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, professor İ.Babayev tərəfindən arxeoloji qazıntılar zamanı tapılıb. Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində aparılan arxeoloji qazıntılar Almaniyadan gələn arxeoloqlarla birgə aparılıb. Burada arxeoloji qazıntı işləri nəticəsində Əhəmənilər dövrünə (e. ə. V-IV əsrlər) aid böyük ictimai binaların qalıqları aşkar edilib. Arxeoloji tapıntıların böyük qismi qəbirlərdən toplanıb. İzlənilən qəbirlər əsasən son tunc-erkən dəmir dövrünə aiddir. Əldə edilən bir sıra tapıntılar Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya fonduna təhvil verilib. Qəbirlərdən müxtəlif növ muncuqlar, saxsı qablar, tunc silah, bəzək əşyaları və s. tapılıb. Muzeyə təhvil verilən materiallar əsasən keramika və tunc məmulatıdır. Buraya kasa tipli gil qab, vaza, cam, nehrə, küpə, fincan, tək qulplu iri su qabı, oval formalı gil qab, dolça, tunc üzük, kiçik ölçülü tunc xəncər və s. daxildir. Antik əşyalar Azərbaycan tarixinin qədim dövrünün tədqiq və təbliğində mühüm əhəmiyyətə malikdir.
AZƏRTAC
Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə 26 sentyabr referendumunda “ekzit-poll” keçirəcək
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə 26 sentyabr 2016-cı il tarixdə baş tutacaq ümumxalq səsverməsində(referendumda) referenduma çıxarılan səsvermə ilə bağlı “Ekzit-poll” tədqiqatını həyata keçirəcəkdir. Tədqiqatın aparılması üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçən “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi artıq ekzit-poll tədqiqatının hazırlığına başlamışdır. Davamını oxu












Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











