
Bu gün Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib. Davamını oxu

Bu gün Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qəbul edilib. Davamını oxu

Mayın 18-19-da Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə növbəti-altıncı Sabir bədii qiraət müsabiqəsinin yekun tədbirləri keçirildi. Müsabiqədə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagird və tələbələri iştirak edirdilər. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun birgə təşkil etdiyi müsabiqə ənənəyə uyğun olaraq iki mərhələdə keçirilir. Əvvəlcə təhsil müəssislərində keçirilən müsabiqənin qalibləri rayon səviyyəsindəki tədbirə qatılırlar. Yüzdən artıq iştirakçının qatıldığı müsabiqənin yekun turu şair Musa Yaqubun rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirildi. Davamını oxu
Suallarımızı tanınmış jurnalist Fərəh Sabirqızı cavablandı.
– Sürücülükdə kateqoriya anlayışı var. Tutaq ki, B kateqoriyalı sürücülük vəsiqəsi sahibinə yalnız minik avtomobilini idarə etmək hüququnu verir… Jurnalistikada vəsiqələr olsa da, kateqoriyalar yoxdur. Amma həm də var bu kateqoriyalar. Hər halda media aləmi kimin nəyə qadir olduğunu yaxşı bilir. Çox maraqlıdır, “New Baku Post” layihəsində 3 il çalışmaqla Siz hansı kateqoriyanı əldə etdiniz? Davamını oxu

Ermənistan silahlı qüvvələrinin itkiləri isə on qat artıqdır
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan Respublikasının rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib. Davamını oxu

Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib.
Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələri təmsil edən ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Davamını oxu