All posts by Dadash Musayev
Azərbaycan əhalisinin 96.8 faizi prezident İlham Əliyevə etibar edir – SORĞU

“AJF & Assoşieyts” şirkəti bu il aprelin 23-dən 29-dək Azərbaycanda səsvermə yaşına çatmış 1200 nəfər arasında sorğu keçirib.
APA-nın xəbərinə görə, sorğu zamanı respondentlərə təmas xəttində yaranmış gərginlik, ölkənin hazırkı vəziyyəti, ölkə prezidentinin fəaliyyəti ilə bağlı suallar ünvanlanıb. Davamını oxu
Yarım milyon insanın ABŞ-dan Qarabağ tələbi…

Ağ Evdə açılan petisiya hansı reallıqları üzə çıxardı; indi söz ABŞ-ındır…
Müasir dünyanın yaşam şərtləri ciddi surətdə dəyişdiyi kimi, siyasi, ideoloji mübarizə, təbliğat metod və mexanizmləri də tamamilə fərqlənir. Əgər illər öncə belə demək mümkünsə, gizli fəaliyyətlər, səhnə arxası proseslər effekt verirdisə, bu gün onlar elə də ciddi əhəmiyyət kəsb etmir.
Zəmanəmizin savaş, mübarizə üsulları hətta cəmi 5 il öncə ilə eyni deyil. Artıq şüurlara bunu həkk etmək, insanların bu reallıqları qəbul etməsi gərəkir. Əks təqdirdə, biz yenə də uduza bilərik. 10-15 il sonra çevrilib geri baxanda yenə də görərik ki, Üzeyir Hacıbəyov demişkən, camaat …fil boyda iş görür, biz hələ də siçan boyda işlərin peşinə düşmək zorundayıq… Davamını oxu
Əsgərimiz şəhid olub

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Şahin Camalov: “Türkiyə qardaşına sahib çıxdı”
Strategiya.az saytının əməkdaşının İnsan hüquqları XXI əsr -Azərbaycan fondunun prezidenti, AVCİYA-nın eksperti, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin Türkiyə üzrə məsul şəxsi Şahin Camalovla müsahibəsi Davamını oxu
Erməni silahlı bölmələri aprel ayında atəşkəsi 3 597 dəfə pozub
Aprel ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3 597 dəfə pozub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 mm çaplı minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan, 122 mm çaplı D-30 tipli haubitsalardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Aprel ayının əvvəllərində erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqəsi də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabirləri (polkovnik və generalları) məhv edilib.
Erməni tərəfi aprelin əvvəllərində cəbhədə baş vermiş 4 günlük müharibə zamanı 100-dək itki verdiyini açıqlasa da, APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlər nəticəsində məlum olub ki, ermənilərin real ölü sayı 300-dən, yaralı sayı 500-dən çoxdur.
Döyüş toqquşmalarında Azərbaycan Ordusu da itki verib.
Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüş qarşıdurması zamanı erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri, ləvazimatlar, düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.
Aprel ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhəninAğdam istiqaməti gəlir. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur. Qarabağ cəbhəsi üzrə atəşkəs apreldə Cəbrayıl rayonu, Tərtər rayonu və Xocavənd rayonu istiqamətində də pozulub.
Ermənistan ordusu atəşkəs rejimini aprel ayında Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl, Ağstafa və Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonları istiqamətində də pozub.
Aprel ayında erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.
Ötən ay cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçuş aparatı (PUA) və kvadrokopter tipli “DJI PHANTOM” pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib, “X-55” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.
Hazırda əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.





Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











