
28 mart 2014-cü ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Şamaxıya təşkil etdiyi press tur çərçivəsində millət vəkili Elxan Süleymanovun rayondakı qərargahında 1905.az portalının təqdimatı oldu.











1905.az portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ermənilərin azərbaycanlılara qarşı başladıqları soyqırım siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir.
Portal ermənilərin Azərbaycana gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımları, deportasiyalar, Ermənistanın Azərbaycana təcavüzü haqqında internet-resursdur. Burada mövzuya uyğun kitablar, məqalələr, müsahibələr, şahidlərin ifadələri, fotolar və digər materiallar təqdim olunur. 12 dildə (Azərbaycan, ingilis, fransız, ərəb, ispan, rus, Çin, alman, türk, fars, gürcü və erməni dillərində) fəaliyyət göstərən resurs daim inkişaf edir: materiallar işlənir, yeni məqalə və informasiyalar əlavə olunur.
Portalın tərcümə işləri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) Tərcümə Laboratoriyası tərəfindən həyata keçirilir.
LAYİHƏNİN RƏHBƏRİ:
Elxan Süleymanov,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.
PORTALIN DİREKTORU:
Fuad Babayev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
1905.az portalının tanıtım çarxı






Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











