
Bakı. Türbət Bağırova – APA. “Dağlıq Qarabağ münaqişəsi Rusiyanın periferiyasında olan lokal çətinlik kimi yox, Avropa İttifaqının yaxın qonşuluğunda olan təhlükəli qeyri-stabillik və böhran mənbəyi kimi nəzərdən keçirilməlidir”.
APA-nın xəbərinə görə, bu barədə “Avropa Siyasi Mərkəzi” adlı müstəqil beyin mərkəzinin “Dağlıq Qarabağ və Avropanın sərhədlərində olan böhranlar qövsü” başlıqlı araşdırmasında deyilir.
Araşdırmada qeyd edilir ki, 20 ildən çox müddətdə Azərbaycan və Ermənistan hərbi və diplomatik çıxılmazlığın içindədir və 2011-ci ildən başlayaraq Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun fəaliyyəti dalana dirənib. Bildirilir ki, 2015-ci il dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri bu duruma son qoymaq üçün İsveçrədə görüşsələr də, konkret bir razılıq əldə edilməyib: “Avropa İttifaqıMinsk Qrupu həmsədrlərinə mərkəzi rol verərək özünü münaqişənin həlli prosesindən kənarda qoyub. Avropa Qonşuluq Siyasətinin yeni icmalı etiraf edir ki, dondurulmuş münaqişələr regionun inkişafına əngəl törədir. Bütün bunlar onu deməyə əsas verir ki, yeni müharibə təkcə Avropa İttifaqı ilə bağlılığı olan Cənub Qaz Dəhlizi kimi enerji layihəsini risk altına qoymayacaq, həm də Avropanın miqrant axını kimi bir problem yaşadığı vaxtda yeni miqrant axını ilə üzləşməsinə səbəb olacaq. Aİ “yumşaq güc” bacarıqlarından, təcrübəsindən istifadə edərək innovativ təşəbbüslərlə çıxış edərək aparıcı rol oynamalıdır”. Davamını oxu












Çox mötəbər, A2 formatlı bir qəzetin bugünkü sayında, “Bölgələrdə” rubrikası altında dərc edilmiş 4 məqaləni həvəslə oxudum. Və hesab edirəm ki, Azərbaycan Respublikası vətəndaşı adı ilə öyünən hər kəs bu məqalələri oxumalı və əlbəttə ki, sevinməlidir.



Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











