Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Sərsəng harayı” layihəsinin icrasına 25 may 2013-cü ildə başladı. Layihənin əsas məqsədi beynəlxalq ictimaiyyət, nüfuzlu beynəlxalq qurumlar tərəfindən Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozmaqla qeyri-qanuni blokada etməsininin kəskin şəkildə pislənilməsinə, Ermənistanın su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur edilməsinə nail olmaq idi. Layihə çərçivəsində Sərsəng su anbarının təsiri altında olan rayonlarda dəyirmi masalar, rəsm müsabiqəsi, Sərsəngə yürüş aksiyası və sair bu kimi tədbirlər keçirilmiş, beynəlxalq konfrans təşkil edilmiş, “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri”, “Sərsəng SOS: Humanitar Böhran Təhdidi“ və “Sərsəng SOS: Məhvə Məhkum Ətraf Mühit“ adlı kitablar nəşr edilmişdir. Sərsəng probleminin beynəlxalq aləmə çatdırılması üçün Sərsəngin təsiri altında olan rayonların sakinlərinin minlərlə məktubları, onların həyəcanlı çağırışları beynəlxalq təşkilatlara ötürülürdü. Davamını oxu
All posts by Dadash Musayev
Azərbaycan ABŞ-a nota verib
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə (XİN) dəvət edərək ona etiraz notasını təqdim edib.
XİN-nin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, notada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci il tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobby təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir. Davamını oxu
“Mədəniyyətimizin təbliğində informasiya amili” mövzusunda seminar keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi mədəniyyət üzrə ixtisaslaşan jurnalistlər üçün “Mədəniyyətimizin təbliğində informasiya amili” mövzulu seminar keçirib.
Onlarla aparıcı KİV nümayəndələrininq atıldığı tədbirdə mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev təsisatın gördüyü işlər və həyata keçirəcəyi layihələr haqqında məlumat verib. Mövzu ətrafında maraqlı diskussiya olub. Davamını oxu
Hərbi qulluqçumuz həlak olub
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
mod.gov.az
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən zərbə nəticəsində ən azı 3 erməni hərbçisi məhv edilib (VİDEO)
Müdafiə Nazirliyi xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır. Davamını oxu









Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











