
Neçə illər bundan əvvəl qəribə bir hadisə baş verib. Deməli, Bakının Keşlə kəndində Hacıqulu adında bir kasıb kişi yaşayırmış. Tənəkəçilik eləyirmiş. Ətraf kəndlərin sakinləri də gəlib bu kişinin düzəltdiyi qabları alırlarmış. Bu kişinin düzəltdiyi əsas qabın adı a hərfi ilə başlayıb, elə həmin hərflə də bitərmiş. (İnsafən o qabın adı elə indinin özündə də dəyişməyib)
Nə isə, bu kişinin bir çətən külfəti varmış. Və böyük oğlunun adı da Ağabala imiş. Özü də Ağabala çox fərasətli uşaqmış. Ona görə də günlərin bir günü Hacıqulu kişi oğlunu yanına salıb gətirir şəhərə ki, işə düzəltsin. Düzəldir də. Buxar dəyirmanında bir qəpik də almadan Ağabalanı işə götürürlər və uşaq başlayır işləyib atasına kömək eləməyə. Davamını oxu →