“Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Meliça Markoviçin Azərbaycana növbəti səfəri başlayıb. Davamını oxu
All posts by Dadash Musayev
Qabil – Ümid sənədir ancaq…
Uzanır danışıqlar,
İmzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sərhədlər….
Səsimizə səs verir
Dünya başbilənləri;
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri! Davamını oxu
Status məsələsi
Bir yaz günü Koroğlu (özü də qocalmış, dəliləri başından dağılmış Koroğlu) Nigarı yanına salıb harasa gedirmiş. Misri qılınc da belində. Yolun qırağında bir kişinin bir cüt öküzü otardığını görür. Bir də baxır ki, kişinin çiynində “yarı taxta, yarı dəmir bir şey” var. Kişidən bunun nə olduğunu soruşur. Kişi bu əşyanın tüfəng olduğunu deyir. Koroğlu bilmir ki, tüfəng nədir. Kişi də izah edir, üstəlik, Koroğlunun çoxsaylı xahişlərini nəzərə alıb tüfəngin imkanlarını nümayiş etdirir. Yəni, öküzlərindən birini vurub öldürür. Əlbəttə ki, qan bahasını əvvəlcədən aldıqdan sonra. Koroğlu öküzün doğrudan da öldüyünü görəndən sonra sazı bağrına basıb həmişəki kimi orijinallığı ilə seçilən fikirlərini səsləndirir. Bu fikirlərin içində “Tüfəng çıxdı, mərdlik getdi hay, haray!” fikri də olur. Davamını oxu
Ermənistan silahlı qüvvələrinin bölmələri son sutka ərzində Azərbaycan Ordusunun mövqelərini 167 dəfə atəşə tutub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlar, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 167 dəfə pozub. Davamını oxu
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyində ilin birinci yarısının yekunları müzakirə olunub
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında 2015-ci ilin birinci yarısının yekunlarına dair hesabat iclası keçirilib. Davamını oxu
Amerikalı ekspert Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi haqqında yazıb
Amerikada çıxan “IJ Review” jurnalında “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin sabiq baş redaktoru Maayan Caffenin məqaləsi dərc edilib. Məqalədə ABŞ Administrasiyasına ünvanlanmış bir çağırış – ABŞ-ın Qafqazdakı müttəfiqi Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək vermək çağırışı əks olunur. Müəllif yazır ki, ABŞ rəhbərliyi, o cümlədən Ağ Ev və Konqres ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyir və son bir il ərzində Ukraynada davam edən münaqişə ilə əlaqədar rəsmi Kiyevi bu cür dəstəklədiklərini bildiriblər. Müəllif qeyd edir ki, 2012-ci ildə ABŞ-ın dəstəyi ilə BMT Abxaziyada və Cənubi Osetiyada separatçıları tanımaqdan imtina edərək Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyib. Xanım Caffe vurğulayır ki, Konqres postsovet məkanında separatçı münaqişələr barəsində ardıcıl siyasət yürütməlidir. Davamını oxu







Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











