Müdafiə Nazirliynin saytına istinadən verilən məlumata görə, 19 iyul tarixində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 96 dəfə pozub. Davamını oxu
All posts by Dadash Musayev
Qəhrəman jurnalistlərimiz

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 140 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
RETROSPEKTİVA- Aparıcı və bəstəkar Sədaqət Rəşidqızı

– Sədaqət xanım, əsl sənətçilərlə yanaşı özünü müğənni, sənətçi hesab edənlərin sayının durmadan artdığı dövrdə musiqiyə, sənətə hörmət azalmayıb ki?
– Mən deyərdim ki, əksinə, musiqiyə hörmət daha da artıb, amma sənət anlayışı arxa planda qalıb. İndiki dövrdə sənətçi olmaq üçün çox da əziyyət çəkməyə ehtiyac yoxdur. Bir neçə uğurlu mahnı, video –çarx, bir neçə veriliş və sən də artıq sənətdəsən. Elə asan olduğu üçün də hamı müğənni olmaq istəyir, səsi olan da, səsi olmayan da. Əslində bu çox acınacaqlı bir haldır. Gündən-günə sayı artan musiqili tele-layihələr bir daha sübut edir ki, asan yolla pul qazanmaq üçün gərək müğənni olasan. Təəssüf ki, indiki dövrdə musiqiyə yalnız qazanc obyekti kimi baxılır, sənət kimi yox. Davamını oxu
Məhəmməd Hüseyn Şəhriyar – Azərbaycan
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan
NƏ FUKUYAMA HAQLI ÇIXDI, NƏ DƏ HANTİNQTON?!
Az qala 24 il bundan əvvəl, 1989-cu ilin yayında ABŞ-ın nüfuzlu National Interest jurnalında Fukuyama soyadlı müəllifin “Tarixin sonu?” adlı məqaləsi işıq üzü gördü və dərhal böyük rezonansa səbəb oldu. Az sonra müəllifin çox böyük qonorar müqabilində məqalənin davamı sayıla biləcək kitab üzərində işləməyə razılıq verdiyi haqda xəbər yayıldı. Cəmi 3 il sonra, 1992-ci ildə “Tarixin sonu və sonuncu insan” kitabı çıxdı. Bu gün bütün dünyada tanınan məşhur Amerika siyasi iqtisadçısı, futuroloqu və filosofu Frensis Fukuyama həmin ildə ömrünün beşinci onilliynə qədəm qoyub. Davamını oxu





Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











