
Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib. Buna görə təşkilatın direktoru Әbdülәziz Osman Әl Tüveycriyə minnətdarlığımı bildirirəm”.
APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən ISESCO Baş Konfransının XII sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib. Dövlət başçısı deyib ki, münaqişə uzun illərdir, davam edir, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib: “Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı baş verib. Ermənistan beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, münaqişənin yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunması vacibdir”.
Prezident İlham Əliyev bildirib ki, ATƏT-in işğal olunmuş ərazilərə göndərdiyi missiya bu ərazilərdə hər şeyin, o cümlədən 10 məscidin dağıdıldığını müəyyən edib: “Bu, vəhşilikdir, bu, islam mədəniyyətinə qarşı terrordur”.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









