HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Bağanis-Ayrım soyqırımından 34 il ötür

Soyqırımını törətməkdə ittiham olunan 18 nəfərin axtarışları davam edir

Xalqımıza qarşı törədilən soyqırımlarından biri də Bağanis-Ayrım faciəsidir. Ölkəmizdə həyata keçirilən mükəmməl siyasət, o cümlədən uğurlu xarici siyasət nəticəsində artıq dünya ictimaiyyətinin böyük hissəsi zaman-zaman xalqımızın başına gətirilən müsibətlər, soyqırımları, deportasiyalar, terrorlar, repressiyalar və xüsusilə digər ağır cinayətlər barədə dəqiq və ətraflı məlumatlara malikdir.

XX əsrin ən dəhşətli cinayətlərindən biri – Xocalı soyqırımından 32 il ötür

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.

Ermənilərin yer üzündən silməyə çalışdığı Qaradağlıdan AZƏRTAC-ın reportajı – SAKİNLƏR DANIŞIR

Qaradağlı faciəsindən 32 il ötür

Otuz ildən çox erməni işğalı altında qalan torpaqlarımız indi azaddır. Ötən illər ərzində beynəlxalq birlik bu ədalətsizliyə göz yummağa çalışsa da, ikili standartlar tətbiq olunsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində haqq-ədaləti bərpa etdi. Azadlığına qovuşan yurd yerlərimizdən biri də Qaradağlıdır. O Qaradağlı ki, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparmışdı…

Meşəli sakini: Ermənilər bibimin üzərinə yandırıcı maddə atmışdılar

“Məşəli kəndi işğal olunan zaman 10 yaşım var idi. Mən xatırlayıram ki, ermənilər bizim kəndə hücum edir, azərbaycanlıları öldürür, bizi evlərimizdən didərgin salmağa çalışırdılar. Dekabrın 23-də nənəm və bibim məni yuxudan qaldırdı. Onlar dedilər ki, ermənilər Meşəliyə hücum ediblər”.